
Müqəddəs Vətən torpağı xalqın tarixini, yaddaşını və mənəvi dünyasını özündəyaşadır. Bu torpaqlar içərisində elə yaşayış məskənləri ki, onların taleyi bütöv birxalqın sevincinə, kədərinə, mübarizəsinə və qüruruna çevrilir. Ağdam da Azərbaycanın taleyində belə xüsusi yeri olan qədim yurd yerlərimizdəndir. Uzunillər işğalın ağrı-acısını yaşayan, azadlıq gününü gözləyən bu şəhər 2020-ci il 20noyabr günündə azadlığına qovuşaraq yeni tarix yazdı.
Məhz buna görə 20 noyabr Azərbaycan xalqının yaddaşında əlamətdargünlərdən biridir. Bu tarix Ağdamın yenidən öz sahibinə qovuşduğu, uzun illərhəsrətində olduğu azadlığa çatdığı gündür. Ağdam Şəhəri Günü təkcə bir şəhərinqurtuluşunun deyil, həm də milli iradənin, tarixi ədalətin və qayıdış arzusunungerçəkləşməsinin təntənəsidir.
Bu gün Ağdamın adını çəkərkən insanın düşüncəsində bir-birindən fərqli, lakinbir-birini tamamlayan mənzərələr canlanır. Bir tərəfdə tarixi abidələri, zənginmədəniyyəti, qaynar ictimai həyatı və qonaqpərvər insanları ilə tanınan qədimQarabağ şəhəri, digər tərəfdə isə işğal illərində viran qoyulmuş, dağıdılmış, lakinruhu və kimliyi məhv edilməmiş bir məskən dayanır. İndi isə bu mənzərələrəüçüncü bir səhifə əlavə olunub: yenidən qurulan, müasir inkişaf yoluna qədəmqoyan və sakinlərini doğma ocaqlarına səsləyən yeni Ağdam.
Ağdam Qarabağın qədim yaşayış məskənlərindən biri, Azərbaycanın ictimai, iqtisadi və mədəni həyatında özünəməxsus yeri olan şəhərdir. Şəhərin əsası XVIII əsrdə qoyulmuşdur. Qarabağ xanlığı dövründən etibarən mühüm yaşayış məntəqəsikimi formalaşan Ağdam zaman keçdikcə bölgənin iqtisadi və mədənimərkəzlərindən birinə çevrilmişdir.
Pənah xanın İmarəti, Pənah xanın və Xanoğlunun türbələri, qədim məscidlər, digər memarlıq və tarixi abidələr Ağdamın zəngin keçmişindən xəbər verirdi. Şəhərin tanınmış Çörək Muzeyi də onun mədəni həyatının maraqlınümunələrindən biri idi. Bütün bunlar Ağdamı sadəcə yaşayış məntəqəsi deyil, tarixi və mədəni yaddaşın qorunduğu mühüm məkan kimi səciyyələndirirdi.
Lakin XX əsrin sonlarında regionda baş verən hadisələr bu qədim şəhərintaleyini ağır sınaqlarla üz-üzə qoydu. Ermənistanın Azərbaycana qarşı hərbitəcavüzü nəticəsində 1993-cü il iyulun 23-də Ağdam şəhəri işğal edildi. Bununlada şəhərin dinc həyatı dayandı, minlərlə insan öz doğma evindən didərgin düşdü. İşğal nəticəsində Ağdamın yaşayış binaları, sosial obyektləri, mədəniyyətmüəssisələri və tarixi abidələri böyük dağıntılara məruz qaldı.
Azərbaycan xalqının uzun illər davam edən mübarizəsi, dövlətimizingüclənməsi, ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi və milli birliyimizinmöhkəmlənməsi torpaqlarımızın azadlığı üçün həlledici zəmin yaratdı. 44 gündavam edən müharibədə Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıqnümayiş etdirdi. Döyüş meydanında əldə olunan uğurlar Ermənistanı kapitulyasiyaxarakterli üçtərəfli bəyanatı imzalamağa və işğal altında saxladığı əraziləriboşaltmağa məcbur etdi.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq noyabrın20-də Ağdam rayonunun işğal altında olan hissəsi Azərbaycana qaytarıldı. Beləliklə, təxminən 27 illik işğala son qoyuldu. Ağdamın azad edilməsi Vətənmüharibəsində qazanılmış tarixi Qələbənin məntiqi nəticələrindən biri oldu.
Bu hadisənin özünəməxsus xüsusiyyəti də var idi. Ağdam döyüş əməliyyatlarıaparılmadan və itki verilmədən Azərbaycana qaytarıldı. Lakin bu nəticə öz-özünəəldə edilməmişdi. Onun arxasında Azərbaycan Ordusunun döyüş meydanındaqazandığı qələbələr, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, xalqımızınbirliyi və dövlətimizin qətiyyətli siyasəti dayanırdı.
23 noyabr 2020-ci ildə Prezident İlham Əliyev Ağdam şəhərinə səfəri zamanıAzərbaycan bayrağını ucaltması Ağdamın yeni tarixinin başlanğıcını simvolizəedən mühüm hadisə oldu.
Ağdamın azad edilməsi ilə ərazi bütövlüyümüzün bərpası istiqamətində mühümaddımın atılması ilə bərabər həm də illərlə doğma yurda qayıtmaq arzusu iləyaşayan insanların ümidləri yenidən canlandı.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabrAğdam Şəhəri Günü kimi təsis edildi. Bu qərar tarixi hadisənin əbədiləşdirilməsi, gələcək nəsillərin yaddaşında yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.
İşğal dövründə şəhərin üzləşdiyi dağıntıların miqyası olduqca böyük idi. Buna görə də bərpa prosesi yalnız ayrı-ayrı binaların inşası ilə məhdudlaşa bilməzdi. Yeni Ağdamın müasir şəhərsalma prinsipləri əsasında qurulması, mühəndis-kommunikasiya sistemlərinin yenilənməsi, nəqliyyat infrastrukturununyaradılması, yaşayış və ictimai məkanların kompleks şəkildə planlaşdırılması əsasprioritetlərə çevrildi.
Ağdam Sənaye Parkının yaradılması da bu baxımdan mühüm əhəmiyyətdaşıyır. Sənaye parkı bölgədə istehsalın genişləndirilməsi, yeni iş yerlərininaçılması, sahibkarlığın inkişafı və iqtisadi fəallığın artırılması üçün əlverişliimkanlar yaradır. Nəticədə Ağdam tədricən həm yaşayış məkanı kimi həm dəQarabağın mühüm iqtisadi mərkəzlərindən biri kimi formalaşır.
Şəhərin tarixi-mədəni irsinin qorunması da yenidənqurma prosesinin vacibistiqamətlərindəndir. Ağdam Cümə məscidinin bərpası, İmarət Kompleksindəaparılan işlər, tarixi abidələrin qorunması və Ağdam Muğam Mərkəzininyaradılması şəhərin mənəvi simasının yenidən canlandırılmasına xidmət edir.
Xüsusilə Muğam Mərkəzinin fəaliyyəti Ağdamın musiqi ənənələrinin gələcəknəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir. Çünki Ağdamın kimliyinimüəyyən edən əsas xüsusiyyətlərdən biri də onun zəngin muğam və sənətmühitidir. Şəhərin yenidən qurulması həm də bu mədəni irsin yaşadılmasıdeməkdir.
27 mart 2025-ci ildən etibarən Ağdam şəhərinə keçmiş məcburi köçkünlərinqayıdışına başlanılması Qayıdış proqramında mühüm mərhələ oldu. Yenimənzillərin sakinlərinə təqdim edilməsi, sosial infrastrukturun istifadəyə verilməsivə yaşayış şəraitinin yaradılması Böyük Qayıdışın real nəticələrini nümayiş etdirir.
Ağdamın yenidən qurulması həm də dünyaya mühüm mesajdır: dağıdılmışşəhərlər yenidən qurula, pozulmuş həyat bərpa edilə, insanların ruhunda yaşayanümidlər gerçəkləşə bilər. Bunun üçün siyasi iradə, iqtisadi imkanlar, milli birlik vəgələcəyə inam lazımdır.
20 Noyabr – Ağdam Şəhəri Günüdür. Bu əlamətdar gündə Ağdam uğrundamübarizə aparmış qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qazilərimizin fədakarlığını minnətdarlıqla xatırlayırıq. Onların Vətən qarşısındakıxidmətləri heç vaxt unudulmayacaq.
Nemət Məmmədov,
Yasamal rayonu ərazi partiya təşkilatının sədr müavini. Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi



