AnalitikaGündəmSiyasət

Ağdam: Uşaqlığımın Ünvanı, Övladlarımın Gələcəyi

Bəzi şəhərlər var ki, insan onları sadəcə sevir, bəzi şəhərlərisə insanın həyatının, taleyinin, xatirələrinin ayrılmaz hissəsinəçevrilir. Mənim üçün Ağdam məhz belə bir şəhərdir. Ağdammənim doğulduğum, dünyaya göz açdığım, uşaqlığımın ən gözəlillərini yaşadığım, həyatımın ilk addımlarını atdığım doğma atayurdumdur. Mənim üçün Ağdam coğrafi məkan deyil, bir ömürlükxatirə, mənəvi bağlılıq, uşaqlıq həsrəti və heç vaxt bitməyən birsevgidir.

Bu şəhərlə bağlı xatirələrimin hər biri mənim üçün əzizdir. Ağdamın küçələri, məhəllələri, həyətləri, insanları, qonşuluqmünasibətləri, uşaqlıq dostlarım, ailəmin doğma ocağı bu gün dəyaddaşımda yaşayır. Bəzən düşünürəm ki, insanın uşaqlığıharada keçibsə, onun qəlbinin bir parçası da həmişə orada qalır. Mənim qəlbimin bir parçası isə Ağdamda, doğulduğum evdə, uşaqlıq illərimin keçdiyi küçələrdə qalıb.

Hələ də xatırlayıram, birinci sinfə getdiyim günü… Təhsilhəyatımın ilk səhifəsi 1 nömrəli Ağdam şəhər tam ortaməktəbində açılıb. İlk dəfə məktəb çantası götürməyim, məktəbinqapısından içəri daxil olmağım, sinif otağında əyləşməyim, müəllimimin səsini eşitməyim, ilk hərfləri öyrənməyimyaddaşımdan heç vaxt silinməyən xatirələrdir. O illərdə bəlkə dəanlamırdım ki, insanın həyatında məktəbin, müəllimin, sinifyoldaşlarının və doğma şəhərin nə qədər böyük mənəviəhəmiyyəti var. İndi isə illər keçdikdən sonra həmin günlərin, həmin anların necə qiymətli olduğunu daha dərindən dərk edirəm.

Bu gün Ağdam haqqında danışarkən gözümün önündə təkcəşəhərin küçələri deyil, həm də uşaqlığımın mənzərələri canlanır. Bir zamanlar qaçıb-oynadığımız həyətlər, dostlarımızlagörüşdüyümüz küçələr, doğmalarımızla bölüşdüyümüz sevincligünlər, ailə süfrəmizin ətrafında yaşanan xoş anlar… Bunlarinsanın yaddaşından heç vaxt silinmir. İllər ötür, insan böyüyür, həyatın müxtəlif sınaqlarından keçir, amma uşaqlıq xatirələri heçvaxt qocalmır.

Təəssüf ki, həyatın elə bir dövrü yaşandı ki, mənim kimiminlərlə Ağdam sakini doğma şəhərindən, ata-baba ocağından, uşaqlıq xatirələrindən ayrı düşdü. İnsan öz doğma evindənuzaqda yaşaya bilər, başqa şəhərdə həyatını davam etdirə bilər, ailə qura, övlad böyüdə bilər. Ancaq doğulduğu torpağabağlılığını, orada keçirdiyi günləri, uşaqlıq xatirələrini özündənuzaqlaşdıra bilməz. Çünki Vətən sevgisi insanın yaddaşındadeyil, həm də qəlbində yaşayır.

Ağdamın işğal altında olduğu illər mənim üçün də doğmaşəhərimin həsrəti ilə keçən illər idi. Bəzən insanın bir küçə, birhəyət, bir məktəb üçün bu qədər darıxa biləcəyini yalnız həminhissləri yaşayanlar anlaya bilər. Doğulduğun şəhərin adınıçəkəndə kövrəlmək, onun haqqında danışanda uşaqlıq illərinəqayıtmaq, bir zamanlar addımladığın küçələri xəyalındacanlandırmaq tamam başqa bir duyğudur.

Bu gün Ağdamın azadlığı haqqında danışarkən həmin uzunillərin həsrətini, ayrılığın ağrısını və yenidən qovuşmağın sevincinibirlikdə xatırlayıram. 20 Noyabr 2020-ci il Azərbaycan tarixindəAğdamın azad edilməsi ilə əlamətdar bir gün kimi yaddaşımızahəkk olundu. Bu tarix təkcə bir şəhərin işğaldan azad olunmasıdeyil, həm də illərlə doğma yurdunun yolunu gözləyən insanlarınqəlbində ümidlərin yenidən canlanması demək idi.

Ağdamın azadlığı dövlətimizin qətiyyətli siyasətinin, Azərbaycan Ordusunun gücünün, xalqımızın birliyinin və illərlədavam edən mübarizənin tarixi nəticələrindən biridir. Bu hadisəbir daha göstərdi ki, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyiAzərbaycan xalqı üçün sadəcə siyasi məsələ deyil, milli yaddaşın, tarixi ədalətin və gələcək nəsillər qarşısındaməsuliyyətin ifadəsidir.

Bu gün Möhtərəm Prezident Cənab İlham Əliyevin rəhbərliyi iləAğdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuqişlərini izləyərkən doğma şəhərimin gələcəyinə böyük ümidləbaxıram. Yeni yolların çəkilməsi, yaşayış məhəllələrininsalınması, məktəblərin, sosial obyektlərin, mədəniyyət və ictimaiinfrastrukturun yaradılması Ağdamın yenidən həyata qayıdışınıngöstəricisidir. Mənim üçün bu quruculuq işlərinin hər biri xüsusiməna daşıyır. Çünki söhbət sadəcə yeni binalardan vəküçələrdən deyil, mənim doğulduğum şəhərin yenidəncanlanmasından gedir.

Ən böyük arzularımdan biri isə öz övladlarımla bağlıdır. Bu günüç övladım var və mən onların da bir gün doğma Ağdamımızdayaşamasını, bu şəhərin gözəlliyini, tarixini və mənəvi dəyərləriniyaxından tanımasını ürəkdən arzulayıram. Xüsusilə istəyirəm ki, vaxtilə mənim ilk təhsil aldığım 1 nömrəli Ağdam şəhər tam ortaməktəbində övladlarım da təhsil alsınlar.

Təsəvvür edirəm ki, bir gün övladlarımın əlindən tutaraq həminməktəbin qapısından içəri daxil olacağam. Onlara özuşaqlığımdan danışacağam, vaxtilə hansı sinifdə oxuduğumu, hansı müəllimlərdən dərs aldığımı, məktəb illərində hansıxatirələri yaşadığımı söyləyəcəyəm. Bəlkə də həmin məktəbindəhlizlərində dayanıb öz uşaqlığımı yenidən xatırlayacağam. O zaman mənim üçün ən böyük xoşbəxtlik öz övladlarımın vaxtiləmənim keçdiyim təhsil yolundan keçməsini görmək olacaq.

İstəyirəm ki, övladlarım da Ağdamın küçələrində böyüsünlər, məktəbdən evə qayıdarkən doğma şəhərin küçələrindənkeçsinlər, dostlar qazansınlar, uşaqlıq xatirələri yaratsınlar. Onlarda bir gün öz övladlarına Ağdam haqqında danışsınlar. Mənimonlara danışdığım xatirələri öz həyat təcrübələri iləzənginləşdirsinlər. Çünki doğma torpağa bağlılıq yalnız sözlədeyil, həmin torpaqda yaşamaqla, onu tanımaqla, qorumaqla vəgələcək nəsillərə sevdirməklə formalaşır.

Digər bir böyük arzum isə illərdir dost-tanışlarımı, yaxınlarımı, doğmalarımı Ağdamda qonaq etməkdir. İstəyirəm ki, bir gündostlarımla birlikdə doğma şəhərimin küçələrini gəzək, onlarıuşaqlığımın keçdiyi yerlərə aparım, vaxtilə yaşadığım evin, oxuduğum məktəbin, xatirələrimdə yaşayan məkanlarınqarşısında dayanıb keçmişdən danışım.

İstəyirəm ki, dostlarımı doğma ata yurdumda özüm qarşılayım, öz evimdə süfrə açım, Ağdamın qonaqpərvərliyini onlarlabölüşüm. Birlikdə çay içək, söhbət edək, köhnə günləri yada salaq. Onlara deyim ki, bax, mənim uşaqlığım bu küçələrdəkeçib, mən bu məktəbdə oxumuşam, bu torpaqda doğulmuşam. İstəyirəm ki, dostlarım Ağdamın yalnız tarixini deyil, mənimhəyatımda tutduğu yeri də hiss etsinlər.

Mənim üçün əsl qayıdışın mənası da elə budur: doğma evinqapısını açmaq, ailə üzvlərini həmin evdə bir araya gətirmək, övladlarının doğma torpaqda böyüməsini görmək, dostlarını atayurdunda qonaq etmək və illərlə ürəyində yaşatdığın arzularıgerçəkləşdirmək.

Böyük Qayıdış mənim düşüncəmdə yalnız insanların özdoğma yurdlarına köçürülməsi ilə məhdudlaşmır. Böyük Qayıdış həm də həyatın, ənənələrin, mədəniyyətin, ailə dəyərlərinin, məktəb zənglərinin, uşaq səslərinin, qonşuluq münasibətlərininvə doğmalığın həmin torpaqlara qayıtmasıdır. Bir şəhərinhəqiqətən dirçəlməsi onun küçələrində insanların yaşaması, məktəblərində uşaqların təhsil alması, həyətlərində ailələrintoplaşması, evlərində işıqların yanması ilə ölçülür.

Düşünürəm ki, bizim nəslin üzərinə düşən mühüm vəzifələrdənbiri də doğma torpaqlarımızın tarixini, yaşadığımız çətinlikləri vəqayıdış sevincini gələcək nəsillərə çatdırmaqdır. Övladlarımızbilməlidirlər ki, Ağdam sadəcə xəritədə bir şəhər adı deyil. Ağdamtarixdir, mədəniyyətdir, milli yaddaşdır, doğmalıqdır. Bu torpağınhər qarışının öz hekayəsi, hər küçəsinin öz xatirəsi var.

Bu gün Ağdamın yenidən qurulmasını görmək, onungələcəyinə dair planları izləmək hər bir ağdamlı kimi məndə dəböyük sevinc və qürur hissi yaradır. Arzum budur ki, Ağdamyenidən Azərbaycanın ən gözəl, abad, müasir və canlışəhərlərindən birinə çevrilsin. Ağdamda doğulan uşaqlar doğmaşəhərlərini tərk etmək məcburiyyətində qalmasınlar, özgələcəklərini məhz burada qursunlar. Bir zamanlar ayrılıqyaşayan ailələr bu torpaqda yenidən bir araya gəlsinlər.

Mən Ağdamı yalnız keçmişimlə deyil, gələcəyimlə dəbağlayıram. Çünki mənim üçün doğma şəhərimdə hələyaşanacaq çoxlu gözəl günlər, həyata keçiriləcək arzular vəbölüşüləcək xatirələr var.

Bəlkə də insanın həyatda ən böyük xoşbəxtliyi doğulduğutorpağa qayıdıb orada qocalmaq, övladlarının həmin torpaqdaböyüməsini, nəvələrinin isə o torpağın küçələrində qaçıb-oynamasını görməkdir. Mənim də Ağdamla bağlı ən böyük arzumməhz budur.

20 noyabr Ağdam şəhəri günü münasibətilə doğma şəhərimdədünyaya göz açmış, bu torpağın havasını udmuş, uşaqlığınıburada yaşamış və qəlbində Ağdam sevgisi daşıyan bütünağdamlıları ürəkdən təbrik edirəm.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Doğmatorpaqlarımızın azadlığı uğrunda canından keçənqəhrəmanlarımızın xatirəsi daim ehtiramla yaşadılacaq. Qazilərimizə möhkəm cansağlığı arzulayıram.

Doğma Ağdam, sən mənim dünənim, bu günüm vəsabahımsan! Sən mənim doğulduğum şəhər, uşaqlığımın ünvanı, qəlbimin ən əziz guşəsi və övladlarıma miras qoymaq istədiyimən böyük mənəvi dəyərsən.

Yaxın günlərdə inşallah doğma küçələrində övladlarımlaaddımlamaq, dostlarımı ata yurdumda qarşılamaq və doğmaocağımda süfrə açmaq arzusu ilə…

 Kamran Quliyev,
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrəərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button