AnalitikaGündəmSiyasət

Ulu Öndər Heydər Əliyev və Yeni Azərbaycan Partiyasının təsis edilməsi

Yeni Azərbaycan Partiyasının yaranma tarixi Ulu Öndər Heydər Əliyevin adı və siyasi fəaliyyəti ilə ayrılmaz surətdə bağlıdır. 1992-ci ilin payızında Naxçıvanda keçirilən təsis konfransı Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Heydər Əliyevin sədr seçilməsi partiyaya yüksək nüfuz və strateji istiqamət qazandırdı.

Ümummilli Liderin ideyaları əsasında formalaşan partiya proqramı müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət və tərəqqi kimi fundamental dəyərlərə söykənirdi. Bu prinsiplər cəmiyyətin müxtəlif təbəqələrini ümumi məqsəd ətrafında birləşdirən ideoloji platforma rolunu oynadı. Heydər Əliyevin liderliyi partiyanı qısa müddətdə ölkənin ən mütəşəkkil siyasi qüvvəsinə çevirdi.

Ulu Öndərin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra Yeni Azərbaycan Partiyasının ideya və məqsədləri dövlət siyasətinin əsas xəttinə çevrildi. İqtisadi islahatların başlanması, “Əsrin müqaviləsi”nin imzalanması və xarici siyasətdə balanslaşdırılmış kursun seçilməsi bu strategiyanın nəticələri idi. Partiya üzvləri bu işlərin həyata keçirilməsində fəal iştirak edirdilər.

Bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin zəngin irsinə söykənərək öz fəaliyyətini müasir tələblərə uyğunlaşdırır. Onun siyasi məktəbi partiya kadrlarının yetişdirilməsində və ideoloji işin təşkilində əsas mənbə olaraq qalır. Partiyanın 34 illik fəaliyyəti dahi rəhbərin ideyalarının yaşarılığının təsdiqidir.

İradə İsmayılova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 33” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button