İmarət Kompleksi: Qarabağ xanlığının tarixi irsinin qorunması

Ağdam şəhərində yerləşən Pənahəli xanın sarayı və türbələrindən ibarət İmarət Kompleksi Azərbaycan memarlığının nadir incilərindəndir. XVIII əsrə aid bu tarixi kompleks Qarabağ xanlığının banisi Pənahəli xanın və onun nəslinin yadigarıdır. İşğal dövründə bu tarixi məkan da vandalizmə məruz qalmış, tövlə kimi istifadə edilərək təhqir olunmuşdu.
Azadlıqdan sonra İmarət Kompleksinin bərpası və ərazidə arxeoloji tədqiqatların aparılmasına başlanıldı. Dövlətimizin başçısının xüsusi diqqəti sayəsində kompleksin əvvəlki əzəməti qaytarılır, burada müasir muzey və park infrastrukturu yaradılır. Tarixi abidələrin elmi əsaslarla bərpası Azərbaycanın mədəni irsinə sahib çıxmasının parlaq təzahürüdür.
İmarət Kompleksinin yenidən qurulması Ağdamın qədim tarixini və mədəni zənginliyini nümayiş etdirən əsas mərkəzlərdən biri olacaq. Bu məkan gələcək nəsillərə Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sübut edən canlı tarix dərsliyidir.
Arif Qurbanov,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 161” ərazi partiya təşkilatının sədri



