
Avqustun 17-də general-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda dəfn edilib.
Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov, DSX-nin və Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.
Mərasimdə tabutun büküldüyü üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim olunub.




