
Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu) ərazi partiya təşkilatının akt zalında “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər” mövzusunda müşavirə keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirədə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər, ölkəmizin siyasi, sosial-iqtisadi inkişafı, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli maraqların qorunması və qarşıda duran strateji vəzifələr ətrafında geniş müzakirələr aparılıb.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxışında Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm tarixi hadisə olduğunu vurğulayan Azər Süleymanov Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində partiya təşkilatlarının üzərinə düşən vəzifələrdən danışıb. O, ideoloji işin müasir dövrün tələblərinə uyğun qurulmasının, milli maraqların və dövlətçilik prinsiplərinin təbliğinin vacibliyini qeyd edib. Bildirib ki, səhiyyə müəssisələrində çalışan partiya üzvləri əhali arasında sağlam həyat tərzinin təşviqində, dövlətin səhiyyə siyasətinin təbliğində və vətəndaş məmnunluğunun artırılmasında fəal iştirak etməlidirlər. Azər Süleymanov partiya üzvlərini ölkəmizin inkişafı naminə qarşıya qoyulan vəzifələrin icrasında daha fəal olmağa çağırıb.
Daha sonra Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Rüstəm Talışinskiy çıxışında Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlərin ölkənin gələcək inkişaf istiqamətləri baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edən Rüstəm Talışinskiy səhiyyə və tibb elminin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O, elmi tədqiqatların genişləndirilməsinin, müasir tibbi texnologiyaların tətbiqinin və beynəlxalq təcrübənin öyrənilməsinin əhalinin sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirib.
Daha sonra Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi Nizami Məmmədov çıxışında Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf prioritetləri fonunda səhiyyə sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışan Nizami Məmmədov əhalinin sağlamlığının qorunmasının və tibbi xidmətlərin əlçatanlığının təmin edilməsinin əsas vəzifələrdən olduğunu bildirib. O, tibb işçilərinin peşə məsuliyyətinin artırılmasının, pasiyentlərə həssas və diqqətli münasibət göstərilməsinin, eləcə də tibbi xidmətin keyfiyyətinin daim yüksəldilməsinin vacibliyini vurğulayıb.
A.Səhhət küçəsi 32 ünvanı üzrə (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu) ərazi partiya təşkilatının sədri, İnstitutun həkimi Telman Həsənov çıxışında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında ideoloji təhlükəsizlik, milli-mənəvi dəyərlərin qorunması və vətənpərvərliklə bağlı səsləndirilən fikirlərin əhəmiyyətindən danışan Telman Həsənov bu istiqamətlərdə səhiyyə müəssisələrində də məqsədyönlü iş aparılmasının vacibliyini qeyd edib. O, partiya üzvlərinin dövlətçilik prinsiplərinin, milli həmrəyliyin və sağlam həyat tərzinin təbliğində fəal iştirak etməli olduqlarını bildirib.
Daha sonra Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri professor Qələndər Canbaxışov çıxışında Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyən etdiyi strateji hədəflərin əhəmiyyətinə toxunan Qələndər Canbaxışov səhiyyə sisteminin inkişafı, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi və əhalinin sağlamlığının qorunmasının dövlət siyasətində mühüm yer tutduğunu vurğulayıb. O, müasir tibbin tələblərinə uyğun olaraq elmi yanaşmaların tətbiqinin, tibbi xidmətlərin təkmilləşdirilməsinin və tibb işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyini qeyd edib.
Müşavirə mövzu ətrafında fikir mübadiləsi və müzakirələrlə davam edib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
















