AnalitikaGündəmOrdu

108 yaşlı şanlı Azərbaycan Ordusu

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108 ilitamam olur. Şərqin ilk demokratik respublikasıAzərbaycan Xalq Cümhuriyyəti dövründə milli orduquruculuğunun ilk addımları atıldı. 1918-ci il iyunun26-da Azərbaycan Xalq Cümhuriyyəti NazirlərŞurasının qərarı ilə ilk müntəzəm hərbi hissəəlahiddəAzərbaycan korpusu yaradıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyitəsis olundu, ilk nazir Xosrov bəy Sultanov təyinedildi. Müasir Milli ordunun yaradılmasına isə 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra başlandı. Azərbaycan Silahlı Qüvvələrinin şərəfli tarixixalqımızın ümummilli lideri Heydər Əliyevin adı iləbilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusununqurulması, inkişafı möhkəmlənməsi HeydərƏliyevin yorulmaz fəaliyyətinin, dövlətçiliktəfəkkürünün, siyasi uzaqgörənliyinin təşkilatçılıqqabiliyyətinin məntiqi nəticəsidir. Ulu Öndər hələsovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdəböyük uzaqgörənliklə gələcəyi düşünür, milli zabitkadrların yetişdirilməsinə çalışırdı. 1971-ci il iyunun20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmışhərbi məktəbin yaradılmasına nail olundu. HeydərƏliyev azərbaycanlı gəncləri, həmçinin SSRİ-ninqabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrin formalaşmasındaCəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyimilli zabit kadrlarımızın müstəsna rolu olub. OnlarBirinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində misilsiz igidliklər göstəriblər. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra bugün qazandığımız tarixi Qələbəyə aparan yolun təməliqoyuldu. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslısəfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi. Ordumuz ulu öndər HeydərƏliyevin tapşırığı ilə uğurlu hücum əməliyyatlarıkeçirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan Ordusunun ilk sınağı 1994-cü ilinyanvarında oldu: yanvarın 5-dən 6-na keçən gecəFüzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldanazad edildi. Ordu quruculuğu işinə böyük önəm verənulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixliFərmanına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. Müstəqil Azərbaycanda ordu quruculuğuprosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründəkeyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərinordu quruculuğu siyasətini uğurla davam etdirən zənginləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət qayğısı sayəsində hərbçilərinpeşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, SilahlıQüvvələrimizin ən müasir silah texnika ilə təchizatıistiqamətdə davamlı addımlar atıldı. Bu ali diqqət qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısamüddətdə regionun ən qüdrətli ordusuna çevrildi. 2020-ci il sentyabrın 27-dən başlayan 44 gün davamedən Vətən müharibəsində dövlətçilik tariximizin ənparlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəmqələbə qazanıldı. Ordumuzun əks-hücum əməliyyatlarınəticəsində 300-ə yaxın kənd, 5 şəhər 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi, bununla bərabər, qəsbkarın texnikasına, canlıqüvvəsinə ciddi zərbə vuruldu. Silahlı Qüvvələrimizdaha sonra Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 stratejiyüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı dizçökdürdü kapitulyasiyaya məcbur etdi. Beləliklə, 30 il ərzində aparılan danışıqlar prosesində düşməndövlətin niyyəti reallaşmadı, Dağlıq Qarabağınstatusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bubölgədə yeni erməni dövlətinin yaradılması planı isətamamilə alt-üst oldu. Azərbaycan Prezidenti, SilahlıQüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevçıxışlarının birində demişdir: ”İkinci Qarabağmüharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimiqalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımızbirlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütünbir məqsədi güdürdü ki, qısa müddət ərzində azitkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmənməcbur olub torpaqlarımızdan çıxsın. Döyüşmeydanında qazanılmış qələbələr siyasi müstəvidə qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüşmeydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarlaişğal altında saxlamağa can atan düşmən bu işğalıəbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə heç birnəticə əldə edə bilməzdik. Biz bu müharibənişəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizinrəşadəti hesabına, dövlətimizin siyasəti hesabınaqazanmışıq”. 44 gün davam edən Vətən Müharibəsitariximizin, eləcə Azərbaycan xalqının iftixar qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı özliderininmüzəffər Ali Baş Komandan İlham Əliyevinətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Qeyd etməkistərdim ki, məzunu olduğum Azərbaycan Dövlətİqtisad Universitetində (UNEC) təhsil aldığım illərdəuniversitet nəzdində fəaliyyət göstrərən UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri vəzifəsiniicra edərək vətənpərvərliyin təbliği istiqamətində birsıra uğurlu layihələr icra etmişik. 2019-cu ildə hələdoğma yurdlarımız düşmən tapdağı altında olduğudönəmlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin(UNEC) təşəbbüsü təşkilatçılığı ilə həyata keçirilənSəninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altındaAzərbaycan Ordusuna mənəvi dəstək aksiyasının fəaliştirakçılarından olmuşam. Azərbaycan RespublikasıMüdafiə Nazirliyi UNEC-in birgə təşəbbüsü təşkilatçılığı iləSəninlə fəxr edirik, Azərbaycanəsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusunamənəvi dəstək aksiyasının təşkilində, keçirilməsində, Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik ruhununyüksəldilməsində göstərdiyimiz xidmətlərə görəAzərbaycan Respublikası Müdafiə Nazirliyi haqqındaƏsasnamə”nin 5.7.7-ci 5.7.9-cu yarımbəndlərinirəhbər tutaraq Azərbaycan Respublikası Müdafiənaziri, general-polkovnik Zakir Həsənovun müvafiqəmri ilə bir qrup universitet əməkdaşları sırasında təktələbə olaraq mən mükafatlandırılmışam. Universiteti bitirdikdən sonra Azərbaycan RespublikasıDövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarısırasında müddətli həqiqi hərbi xidmət keçmişəm. Bütün bunlarla yanaşı gənc bir muğam ifaçısı kimimütəmadi olaraq Azərbaycan Ordusu qəhrəmanəsgərlərimiz üçün təşkil olunun tədbirlərdə fəal iştirakedirik bununla da qürür duyuruq. Müzəffər Ali BaşKomandan, Prezident İlham Əliyevin rəhbərliyi iləşanlı Azərbaycan Ordusunun qazandığı uğurluQələbələr tariximizə qızıl hərflərlə yazılıb. Hər birAzərbaycan gənci kimi mən şanlı Ordumuzla fəxredirəm!

Yusif Cəfərbəyli,
YAP Yasamal Rayon Təşkilatının fəal gənci,
IX “Muğamteleviziya müsabiqəsinin finalçısı

Oxşar Xəbərlər

Back to top button