AnalitikaGündəmSiyasət

Müstəqilliyimizin, Şərəfimizin və Zəfərimizin Zirvəsi: 9 Noyabr – Dövlət Bayrağı Günü

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.

 

Dövlət bayrağı hər bir xalqın tarixi yaddaşını, milli kimliyini, azadlıq fəlsəfəsini və suverenlik iradəsini təcəssüm etdirən ən ali dəyərdiradəcə rəsmi bir atribut deyil; o, əsrlərlə davam edən mübarizələrin, istiqlal arzusunun, tökülən şəhid qanlarının və nəhayət, qazanılan möhtəşəm tarixi Zəfərin əbədi təntənəsidir. Hər il noyabrın 9-da respublikamızda və dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla soydaşımız tərəfindən böyük qürurla qeyd olunan Dövlət Bayrağı Günü bu müqəddəs bağın rəsmi ifadəsidir. Bayrağın ideya qaynağı görkəmli maarifçi, filosof və mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü “türkləşmək, islamlaşmaq, müasirləşmək” milli məfkurəsinə əsaslanırdı. Bu rənglərin hər biri dərin fəlsəfi mənaya malikdir:

1920-ci ilin aprelində Cümhuriyyətin bolşevik işğalı nəticəsində süquta uğraması ilə bu müqəddəs bayraq dövlət dirəklərindən endirilsə də, xalqın qəlbindən heç vaxt silinmədi. Məhəmməd Əmin Rəsulzadənin dillər əzbəri olan “Bir kərə yüksələn bayraq, bir daha enməz!”kəlamı 70 illik sovet rejimi dövründə xalqımızın istiqlal inancını yaşadan mayak rolunu oynadı.

Tariximizə nəzər salsaq görərik ki,5 fevral 1991-ci il Azərbaycan Ali Sovetinin qərarı ilə üçrəngli bayraq rəsmi şəkildə respublikanın Dövlət Bayrağı kimi təsdiqləndi.

18 oktyabr 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edildi və bütün dövlət rəmzləri,o cümlədən Dövlət Bayrağı tamhüquqlu bərpa olundu.

Umummili Lider Heydər Əliyev bayrağımızın mənəvi əhəmiyyətini vurğulayaraq deyirdi: “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.

Hüquqi əsaslar və dövlət qayğısı.

Müstəqilliyin möhkəmləndirilməsi dövründə dövlət atributlarının təbliği və qorunması daim diqqət mərkəzində saxlanıldı. 2004-cü il iyunun 8-də qəbul olunmuş “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Qanun bu sahədə hüquqi bazanı müasir standartlar səviyyəsində tənzimlədi.Möhtərəm Prezidentimiz İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il noyabrın 9-nun ölkədə “Dövlət Bayrağı Günü” kimi qeyd olunması qərara alındı. Dövlət başçısının təşəbbüsü ilə paytaxt Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanının və Bayraq Muzeyinin yaradılması milli rəmzlərimizə olan sonsuz ehtiramın bariz nümunəsidir.

Qarabağda və Şərqi Zəngəzurda ucalan qürur

Azərbaycanın Dövlət Bayrağı uzun illər boyu həm də işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizəmizin döyüş andına, əsgərimizin güc mənbəyinə çevrildi. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi.Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan və yüzlərlə kəndimiz düşmən tapdağından təmizlənərkən, azad edilən hər qarış torpağa ilk sancılan məhz müqəddəs üç rəngli bayrağımız oldu. Ən böyük tarixi hadisə isə Dövlət Bayrağı Gününün bir addımlığında baş verdi:

8 noyabr 2020-ci il: Qarabağın tacı olan Şuşa şəhəri düşməndən azad edildi və üçrəngli bayrağımız uzun ayrılıqdan sonra Şuşanın sıldırım qayalarında, qala divarlarında ucaldıldı.2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirlərindən sonra isə bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaldılaraq bütün ölkə ərazisində suverenliyimizin tam bərpasının rəmzinə çevrildi.Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır”.Dövlət tədbirlərində, beynəlxalq tribunalarda, olimpiya fəxri kürsülərində və qlobal diplomatik missiyalarda yüksələn Azərbaycan Bayrağı bu gün həm də güclü, müzəffər və heç kimdən asılı olmayan bir dövlətin varlığını bütün dünyaya nümayiş etdirir. Bu bayraq uğrunda canını fəda etmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq, üçrəngli istiqlal bayrağımız isə doğma Vətən torpaqları üzərində əbədi olaraq dalğalanacaqdır.

             

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Kimya İnstitutu PHŞ-nin Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri, YAP Yasamal rayon Ərazi Partiya Təşkilatının sədri, doktorant və müəllim

 

Oxşar Xəbərlər

Back to top button