Analitika

Yeni Azərbaycan Partiyasının hər bir üzvü üçün əsas olan xalqa sədaqətlə xidmət etməkdir

Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı, dövlətə, xalqa xidmət partiyanın fəaliyyətinin əsas prioritetlərindən biridir. Partiyanın irəli sürdüyü hər bir idea, qəbul etdiyi qərarlar Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın yüksək həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. 30 illik yol qət edən Yeni Azərbaycan Partiyasının bu illər ərzində əldə etdiyi zəngin təcrübə qarşıdakı illər üçün zəngin mənbədir. Bu uğurların zirvəsində dayanan tarixi Zəfərimizi şərtləndirən amillər 30 ilin təhlili fonunda aydın şəkildə görünür. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiqliyini atdığı hər addımında təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni-yeni hədəflərə doğru inamla irəliləyir.

Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxış edib. Azərbaycan Respublikasının İham Əliyev çıxışı zamanı bir sıra məsələlərə toxunub. Həmçinin Cənab Prezident 91-lərin öz tarixi missiyasını şərəflə yerinə yetirdiklərini qeyd edərək, ulu öndər Heydər Əliyevin başçılığı ilə onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardığını qeyd edib.

Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tədbirdə çıxışı zamanı bunları qeyd etmişdir. “Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir. Əsas məsələ odur ki, bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycanda yaşayan bütün etnik qruplar tərəfindən bu siyasət dəstəklənir. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır, əminəm ki, belə yaşayacaqlar.”

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button