
8 Noyabr – Zəfər Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ülvi Quliyev, Göydəniz Qəhramanov, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhid ailə üzvləri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Əvvəlcə Hərbi Memorial Məzarlıq ziyarət olunub. Burada Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi yad edilib, abidə önünə əklil qoyulub.
Sonra Yasamal rayon şəhidlərinin xatirə kompleksini ziyarət olunub, kompleks önünə gül dəstələri düzülüb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

























