GündəmSosial

YAP Yasamal rayon təşkilatında idman yarışları ilə əlaqədar iclas keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Bakı-2026 – Dünya İdman Paytaxtı” tədbirlər proqramı çərçivəsində 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 6-cı ildönümünə həsr olunmuş, Yasamal rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin komandaları arasında idmanın şahmat, dama, stolüstü tennis, güllə atıcılığı, basketbol (3×3) və voleybol (oğlanlar və qızlar) növləri üzrə yarışların (6 idman növü üzrə 7 yarış) keçiriləcək yarışların püşkatma mərasimi ilə bağlı iclas keçirilib.

İclasda YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun müdiri İlham Səfərov, Yasamal rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri iştirak edib.

İclasda qeyd edilib ki, “Şəhərsalma və Memarlıq İli”, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 6-cı ildönümü və Bakı şəhərinin 2026-cı il Dünya İdman Paytaxı seçilməsinin əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən tədbirlər şəhərlərin müasir tələblərə uyğun inkişafına, şəhər mühitinin daha da yaxşılaşdırılmasına və memarlıq irsinin qorunmasına mühüm töhfə verir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin 6-cı ildönümünün xalqımız üçün böyük qürur və iftixar mənbəyi olduğu diqqətə çatdırılıb. Bu möhtəşəm Qələbənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı və şəhidlərimizin canı bahasına əldə edildiyi qeyd olunub. Eyni zamanda, Bakının 2026-cı il Dünya İdman Paytaxtı seçilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və idman sahəsində əldə etdiyi nailiyyətlərin daha bir göstəricisi kimi dəyərləndirilib. Vurğulanıb ki, bu mötəbər status Azərbaycanın idman ənənələrinin təbliği, gənclərin sağlam həyat tərzinə təşviqi və ölkəmizin beynəlxalq idman əlaqələrinin genişləndirilməsi baxımından mühüm imkanlar yaradır.

Sonda yarışda iştirak edəcək olan komandalar arasında püşkatma mərasimi keçirilib, yarışların müvafiq tarixləri təyin edilib.

Yarışlarda iştirak edəcək komandalara uğurlar arzu edirik!

  1. #YAPYasamal

Oxşar Xəbərlər

Back to top button