AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Xalqın Mənəvi Gücü: İnamın və Səbrin Qələbəsi

Otuz il davam edən işğal dövründə Azərbaycan xalqı heç zaman öz torpaqlarından əlini üzmədi və ədalətin gec-tez bərpa olunacağına olan inamını itirmədi. Bu uzun illər ərzində xalqımız böyük səbir, dözüm və iradə nümayiş etdirərək o müqəddəs günü gözlədi. 8 Noyabr Zəfəri məhz bu sarsılmaz inamın və səbrin təntənəsi oldu.

Məcburi köçkün həyatı yaşayan yüz minlərlə soydaşımız bütün çətinliklərə baxmayaraq, doğma yurdlarına qayıdacaqları günə olan ümidlərini heç vaxt söndürmədilər. Övladlarını Qarabağ sevgisi ilə böyütdülər, yurd həsrətini ürəklərində yaşatdılar. Bu mənəvi bağlılıq düşmənin bütün unutdurma cəhdlərini puça çıxardı.

Dövlət və xalq bu illər ərzində güc topladı, hazırlaşdı və doğru zamanı gözlədi. Vaxtı çatanda isə bu illərlə yığılmış mənəvi enerji güclü bir selə çevrilərək işğala son qoydu. Xalqımızın ruh yüksəkliyi və qələbəyə olan qəti inamı ən güclü silahlardan belə təsirli oldu.

Bu gün Zəfər Gününü qeyd edərkən anlayırıq ki, heç bir güc öz haqqına inanan və mübarizəsindən dönməyən xalqı məğlub edə bilməz. İnam və səbir bizi ən böyük arzumuz olan Zəfərə çatdırdı. Bu mənəvi güc gələcək uğurlarımızın da əsas təminatıdır.

Kəmalə Rəsulova,
YAP Nizami rayon təşkilatının “Çobanzadə küçəsi, 69” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button