AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Vətənə Qovuşan Müqəddəs Zirvələr

25 noyabr 2020-ci il tarixi Kəlbəcərin Vətənə qovuşduğu, 27 illik həsrətin və ayrılığın sona çatdığı unudulmaz bir zəfər günüdür. Xalqımızın sarsılmaz birliyinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin qətiyyətli siyasətinin nəticəsində bu strateji bölgə öz əsl sahiblərinə qaytarıldı. Dağların başında dalğalanan üçrəngli bayrağımız ərazi bütövlüyümüzün və suverenliyimizin əbədi rəmzidir.

Bu gün Kəlbəcər artıq keçmişin ağrılarını geridə qoyaraq sürətli dirçəliş və böyük quruculuq dövrünü yaşayır. Sıldırım qayalar arasından çəkilən müasir yollar, tunellər, yenidən salınan kəndlər və doğma ocağına qayıdan ailələr bu torpağın yeni, işıqlı tarixini yazırlar. Hər bir yeni tikili və canlanan hər bir məhəllə gələcəyə olan sarsılmaz inamın canlı təzahürüdür.

Kəlbəcərin azad olunması sadəcə bir coğrafi ərazinin geri qaytarılması deyil, həm də milli ruhumuzun, tarixi ədalətin və mənəvi dəyərlərimizin tam bərpasıdır. Bu müqəddəs torpaqlar bundan sonra heç vaxt işğal acısı yaşamayacaq, daim əmin-amanlıq, sülh və tərəqqi içində inkişaf edəcəkdir.

Vətənə qovuşan bu müqəddəs zirvələr Kəlbəcərin əbədi səadətinin müjdəçisidir. Bu gözəl diyar gələcək nəsillərə azad, abad və firavan şəkildə əmanət edilir. Kəlbəcər əbədi olaraq bizimdir və Azərbaycanla birlikdə daim ucalacaqdır!

Nəzrin Həsənli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button