Analitika

Terrorçu və ya erməni

Əbəs yerə bu 2 sözü eyni anda dilə gətirmədim. Biz azərbaycanlıların qan yaddaşında bu iki söz eyni məna daşıyır,bunun səbəbləri çoxdur, bu səbəbləri biz azərbaycanlılar çox yaxşı bilirik.Ermənilərin C.Qafqaza 18-ci əsrdə gətirilməsi ilə görmədiyimiz və çəkmədiyimiz müsibətlər qalmadı,ard-arda olan təxribatlar buna səbəb ərazi iddiaları və bəzi qüvvələrin əli ilə buna nail olmaları,azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyaları,azərbaycanlılara tarix boyu dəfələrlə edilmiş soyqırımlar və.s. Bu müsibətlərə biz elə bir il,elə bir an olmayıb ki, şahidi olmayaq. Bəli bu sadaladıqlarımın bir adı var terror.

XIX əsrin sonları –XX əsrin əvvəllərinə kimi bir neçə rməni terror təşkilatları yaranmışdı,”ASALA”,”HAÇNİK”,”DAŞNAKÜSTYUN” və.s 1980-ci illərdə Qarabağ məsələsinin ortaya çıxması ilə erməni terror təşkilatlarının fəaliyyəti Azərbaycana istiqamətləndirilmişdir. 1980-ci illərin ikinci yarısı erməni terrorçularının Azərbaycan ərazisində əsasən sərnişin avtobuslarının və metro qatarlarının partlayışları ilə müşahidə olunan terror aktları ilə qeydə alınmışdır. Ermənistanın Azərbaycan xalqına qarşı törədilmiş terror aktlarının ən dəhşətlisi 26 fevral 1992-ci ildə bir gecədə 613 azərbaycanlı, o cümlədən 106 qadın və 63 uşaq vəhşicəsinə qətlə yetirildiyi Xocalı şəhərində baş vermişdir. Ermənistanın azərbaycanlı mülki əhalisinə qarşı törətdiyi terror aktlarında əsasən qadınlara, uşaqlara və qocalara qarşı snayper hücumları və ya yaxınlıqdakı çaylara partlayıcı yerləşdirilmiş oyuncaqların atılması üsulları üstünlük təşkil edirdi.

Barbarların bugun də  davam etdirdikləri terrorundan biraz danışaq.2020-ci il 44 günlük müharibədən sonra Rusiya sülhməramlıların müvvəqqəti yerləşdirilmiş Azərbaycan ərazilərində qanunsuz yerləşmiş erməni silahlı birləşmələrinin çox sayda minalardan mülki şəxslərə və hərbiçilərimizə qarşı istifadə etmişlər.Neçə-neçə günahsız insanların ölümünə səbəb olmuşlar

2023-cü il 19 sentyabrda Xocavənd rayonu ərazisində mina partlayışları olmuşdur və nəticədə 2 mülki şəxs və Daxili İşlər Nazirliyinin 7 polisi də daxil olmaqla 9 nəfər həyatını itirmişdir.Dərhal bu terrorun qarşısı qətiyyətlə alınaraq elə həmin gün “Anti-terror əməliyyatı”na başlanılmışdı. Hərbi əməliyyatların birinci günündə Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyinin nəzarət altına alındığI, 90-dan çox hərbi təyinatlı avtomobil, artilleriya qurğusu, minaatan və hərbi təyinatlı digər vasitələri zərərsizləşdirildiyi bildirilmişdir. Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 7 ədəd hərbi nəqliyyat vasitəsi, 4 ədəd minaatan, 2 ədəd piyadanın döyüş maşını (PDM) və xeyli sayda silah-sursatın  Azərbaycan Ordusunun  bölmələri tərəfindən qənimət olaraq götürüldüyü  bildirmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin  bu anti-terror tədbirlərinin bir sıra şərtlər daxilində  dayandırılmasının mümkünlüyünü bildirmişdi, belə ki,erməni silahlı birləşmələri silahı yerə qoyub ölkəni tərk etməlidir!

Yenə də bir olub qələbə qazandıq, şəhidlərimizin,yaralılarımızın,gücümüzün sayəsində,bu gücə güc qatan Ali Baş Komandarimiz Ilham Əliyevin sayəsində. 2023-cü il sentyabrın 20-də saat 13:00-da anti-terror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunduğu bildirilmişdir. Erməni terrorçuları şərtlərlə razılaşıb ağ bayraq qaldırdılar,bizim iradəmizi qıra bilməyəcəklərini anladılar və anladılar ki,bu ağ bayraq onlara daha gözəl gələcək vəd edir nəinki onların qaldıqdıqları qondarma bayraqları.

Kazımova Vüsalə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button