SPECA-nın Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycan üçün əlamətdar hadisədir
Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda Avropa və Mərkəzi Asiyanı birləşdirən bir bölgədə yerləşdiyinə görə bu birlikdə xüsusi rolu vardır. Azərbaycan Respublikası regionun güclü və aparıcı dövlətlərindən biri olaraq Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq əlaqələrinə böyük önəm verir. Tarixi dostluq və qardaşlıq əlaqələrinə dayanan ölkələrarası münasibətlərin inkişafı üçün birgə layihələrin baş tutması, dövlət başçılarının qarşılıqlı səfərlərinin həyata keçirilməsi münbit şərait yaradır. Son zamanlar Azərbaycan Respublikası bir çox mühüm əhəmiyyətə malik tədbirlərə ev sahibliyi etmişdir. Ölkəmizdə belə tədbirlərin keçirilməsi onun gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bunlardan tədbirlərdən biri də 2023-cü il noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşüdür. Zirvə görüşündə iştirakçı ölkələrin dövlət və hökumət başçıları iştirak etmişdir. Görüş SPECA-nın yaranmasının 25-ci ildönümü münasibətilə keçirilib. SPECA Mərkəzi Asiyada subregional əməkdaşlığı gücləndirmək və onun dünya iqtisadiyyatına inteqrasiyasını dərinləşdirmək üçün 1998-ci ildə fəaliyyətə başlayıb.
SPECA ölkələri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandandır. SPECA-nın fəaliyyətin əsas istiqamətləri proqrama üzv olan, lakin xarici bazara çıxmaq üçün lazımi ləvazimatları olmayan dövlətlərin məhsuldarlığını artırmaq və digər üzv dövlətlər tərəfindən onlara yardım göstərilməsidir. SPECA-ya üzv dövlətlərdə sülh və sabitliyin hökm sürməsi regional əməkdaşlığın inkişafı üçün mühüm faktordur.
SPECA-nın Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etmiş və çıxışı zamanı Zirvə görüşünün Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında gələcək əməkdaşlıq əlaqələrinin inkişafında rolundan, Azərbaycan Respublikasının son illər ərzində qazandığı uğurlardan bəhs etmişdir.
Zərxanım Abbasova,
YAP-ın fəalı