AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Anım Gününün nəsillərə mesajı

Hər bir dövlətin tarixində gələcək nəsillərə ötürülməsi vacib olan günlər var. Azərbaycan üçün 27 Sentyabr belə tarixlərdəndir. Bu gün həm Vətən müharibəsinin başlanğıcını, həm də həmin müharibədə canını fəda edən insanların xatirəsini yaşadır.

Prezident İlham Əliyevin Sərəncamı ilə Anım Gününün təsis edilməsi bu tarixin dövlət səviyyəsində əhəmiyyətini müəyyənləşdirir. Sərəncamda şəhidlərin xatirəsinin uca tutulması və onların fədakarlığının əbədiləşdirilməsi əsas məqsədlər kimi göstərilir.

Gənc nəsil üçün Anım Gününün əsas mesajı Vətənə xidmət və məsuliyyət anlayışıdır. Şəhidlərin həyat yolu göstərir ki, dövlətin müstəqilliyi və ərazi bütövlüyü yalnız hüquqi anlayış deyil, böyük fədakarlıq tələb edən milli dəyərdir.

Bu səbəbdən 27 Sentyabrın hər il qeyd edilməsi tarixi yaddaşın möhkəmləndirilməsi baxımından mühümdür. Anım Günü keçmişi gələcəklə birləşdirən mənəvi körpüdür.

Lətifə Nəsirova,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Sabir küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button