Quruculuq işləri Cənab Prezidentimizin xüsusi diqqətindədir
Növbəti dəfə cənab Prezidentin bir sıra müəssisələrin, yaşayış massivlərinin təməlqoyma mərasimində, həmçinin açılışında iştirak etdiyini qürurla izlədik: Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə işğaldan azad edilmiş rayonlarımızı yenidən qurur. Rayonlarımız, həmçinin Cəbrayıl rayonu, Zəngilan rayonu müasir, infrastruktru ən yüksək səviyyədə olan rayonlar olacaqlar. Prezident İlham Əliyev sentyabrın 29-da Zəngilanda Forumda çıxışı zamanı da bəyan edib ki, işğaldan azad edilmiş rayonlarımızda quruculuq və sakinlərin öz yurdlarına böyük qayıdışı-Böyük Qayıdış Proqramının icrası məsələsi bir nömrəli vəzifədir. Bu gün artıq Cəbrayılda, həmçinin Zəngilanda, digər rayonlarımızda yaşayış binaları, inzibati binalar inşa olunur. Quruculuq işləri Cənab Prezidentimizin xüsusi diqqətindədir. Artıq Cəbrayıl və digər işğaldan azad olunmuş rayonlarımız dirçəliş dövrünü yaşayır. Bütün işlər planlaşdırılımış qaydada həyata keçirilir. Məsələnin diqqətçəkən məqamı həm də ondan ibarətdir ki, quruculuq işlərinə cənab Prezident şəxsən nəzarət edir və bu prosesə müstəsna töhfəsini verir. Bütün keçmiş məcburi köçkünlər səbirsizliklə 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmiş torpaqların azad edildiyi günü gözləyirdilər ki, onlar öz doğma yurdlarına qayıtsınlar. Artıq şükürlər olsun ki, bu arzular reallaşır. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Hətda heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb. Növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkün öz evlərinə qayıdacaqlar. Biz çox sevinirik ki, məcburi köçkünlər azad olunmuş torpaqlara getməyə, orada yaşayıb yaratmağa tələsir. Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən kəndlərə qayıtmaq istəyirlər. 2020-ci il Azərbaycan 30 illik işğala son qoydu. Artıq Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəmizi yaratmışıq və ərazi bütövlüyümüzü tam təmin etmişik. Azərbaycan konstruktiv yanaşmanı sərgiləyir. Regionda sülh bərqərar olunmalı və konstruktiv əməkdaşlıq aparılmalıdır. Azərbaycanın ərazi bütövlüyünün bərpasını dinc yolla həll etməyə hazır olduğunu hər zaman bildirirdi. Ermənistan hakimiyyəti istəsəydi, Azərbaycanla sülhə gələrdi, bunu edə bilərdi. Biz Azərbaycandakı erməni azlığın hüquqlarını bərpa etməyə, təmin etməyə hazır idik. Lakin onlar buna razı olmadılar. Üç ilə yaxındır ki, Azərbaycan Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində səylərini artırır, üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirməyə çalışır. Qarabağdakı ermənilər Azərbaycan sakinləridir və Azərbaycan hökuməti onların lazımı yaşayış standartlarını təmin etməyə hazırdır.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı