Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.
www.aktualinfo.az/icxeberinfo “Report”a istinadən xəbər verir ki, tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə edib.
Bildirilib ki, görüşdə ABŞ-la Ermənistan arasında strateji dialoqa da toxunulub.
Qeyd edək ki, baş müşavirin Ermənistana səfəri dekabrın 4-dək davam edəcək. Xatırladaq ki, o, İrəvandan əvvəl Bakıda və Tblisidə səfərdə olub.