GündəmSiyasət

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilir

Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

ƏsasXəbər “Report”a istinadən xəbər verir ki, XİN rəhbərləri görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini müzakirə edəcək, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

Görüşün yekunlarına əsasən, Azərbaycan və Rusiya Federasiyası arasında 2023-2024-cü illər üzrə XİN-lərarası məsləhətləşmələr Planının imzalanacağı gözlənilir. 

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 4-də Rusiyaya işgüzar səfərə yola düşüb.

Oxşar Xəbərlər

Back to top button