Analitika

İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri yüksək sürətlə davam edir

Vətən müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri başladı. Quruculuq işləri infrastrukturları da əhatə edir. Yolları da, kəndləri də, şəhərləri də. Bu baxımdan quruculuq işləri hərtərəfli aparılır. 2023-cü il sentyabrın 23-də Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu da bu istiqamətdə görülən işlərin stimullaşdırılmasını əhatə edirdi. Azərbaycan Respublikasının Pre­zi­denti cənab İlham Əliyevin forumda iştirakı, çıxışı da tədbirin hansı səviyyədə əhəmiyyətli olduğunun göstəricisidir. Bu forumda 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirakı da onun gərək­liyinin təsdiqidir. Şərqi Zəngəzur iqtisadi rayon olma etibarilə indi başlanğıcdan qurulur. Ölkə başçısı çıxışında vaxtilə işğal olunmuş ərazilərdən köçkün düşənləri keçmiş köçkünlər adlandırdı. Bu ifadə vətəndaşa sevginin ifadəsidir. Azərbaycan xalqının öz köklərinə dərindən bağ­lı olduğunu qeyd edən cənab Prezident bildirdi ki, quruculuq işlərində müasir texnologiyalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu və ya digər forumda, toplan­tı­da eyni mahiyyəti müəyyənləşdirən mahiyyətlərdən da danışır, onları müxtəsər də olsa şərh edir, onların assosiasiyasının konturlarını göstərir. Zəngilanda təşkil edilən forumda da erməniliyin mahiyyətini fəlsəfi düşüncə ilə ifadə edərək dedi: “Ermənistan uzun illər ərzində kriminal hərbi cinayətkarlar tərəfindən idarə olunurdu. İki prezident özləri Xocalı soyqırımında iştirak edənlər idi. Onlar buna görə cavab verməlidirlər, məsuliyyət daşımalıdırlar. Onlar Azərbaycan torpaqlarını talayanlar idi. İyirmi il ərzində onlar əllərindən gələni edirdilər ki, bizim işğal olunmuş torpaqlarımızda bu taktikanı işlətsinlər, həmin taktikanı Ermənistanda da tətbiq etməyə başladılar”. Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu Azərbaycanda quruculuq işlərinin sürətlənməsinə, keyfiyyətinə, dünya standartları ilə tamamlanmasına həsr olunsa da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəşəri bir fikrinin ifadəsi olan niyyətlə başa çatdı: “Azərbaycan konstruktiv yanaşmanı sərgiləyir. Regionda sülh bərqərar olunmalı və konstruktiv əməkdaşlıq aparılmalıdır”.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button