
Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsindəki çıxışında insan kapitalına xüsusi diqqət yetirməsi iqtisadi inkişafın yalnız maliyyə və infrastruktura məsələsi olmadığını gösterir. Prezident İlham Əliyev peşəkar və ixtisaslı kadrlar olmadan qarşıya qoyulan iqtisadi məqsədlərə nail olmağın mümkün olmadığını vurğulayıb. Bu yanaşma xüsusilə rəqəmsal iqtisadiyyat, süni intellekt, kibertəhlükəsizlik, enerji texnologiyaları və müasir logistika kimi bilik tutumlu sahələr bakımından əhəmiyyətlidir.
İnsan kapitalının iqtisadi siyasətdə xüsusi əhəmiyyət daşımasının əsas səbəbi texnologiyanın sürətlə dəyişməsidir. Fiziki avadanlıq nisbətən qısa müddətdə əldə edilə bilər, lakin həmin avadanlığı idarə edən, inkişaf etdirən və yeni texnologiyalara uyğunlaşdıran kadrların hazırlanması uzun zaman tələb edir. Prezident İlham Əliyevin çıxışında xaricdə təhsil proqramlarına və neft-qaz sektorunda yerli kadrların formalaşması prosesinə istinad etməsi bu baxımdan mühüm nümunə kimi təqdim olunur.
Azərbaycanın neft-qaz sektorunda beynəlxalq şirkətlərlə əməkdaşlığı kadr hazırlığı baxımından əhəmiyyətli təcrübə yaradıb. İlkin mərhələlərdə xarici mütəxəssislərin yüksek paya malik olduğu layihələrdə zamanla yerli mütəxəssislərin çəkisinin artması bilik və təcrübə transferinin göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Bu təcrübənin yeni iqtisadi sahələrə keçirilməsi üçün universitetlər, peşə təhsili müəssisələri, dövlət qurumları və özəl şirkətlər arasında daha sıx əməkdaşlıq tələb olunur.
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Prezident İlham Əliyevin insan kapitalını enerji və infrastrukturlarla eyni strateji çərçivədə təqdim etməsi Azərbaycanın inkişaf modelində mühüm dəyişiklikdən xəbər verir. Yeni investisiyaların effektivliyi yalnız qoyulan kapitalın həcmi ilə deyil, həmin kapitalı idarə edən insanların bilik səviyyəsi ilə müəyyənləşəcək. Bu səbəbdən insan kapitalına yatırılan investisiya uzunmüddətli perspektivdə Azərbaycanın əsas mühüm qeyri-maddi iqtisadi aktivlərindən birinə çevrilə bilər.
Rəşad Hüseynəliyev,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 185B” ərazi partiya təşkilatının sədri



