AnalitikaDünyaGündəmSiyasət

İlham Əliyevin Avropa platformasında strateji baxışı: sülh, enerji və əməkdaşlıq mesajlar

2026-cı il mayın 4-də Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısı çərçivəsində İlham Əliyev videobağlantı formatında çıxış edərək Azərbaycanın Avropa məkanında artan rolunu, regional təhlükəsizlik məsələlərini və enerji əməkdaşlığının perspektivlərini əhatə edən geniş məzmunlu fikirlər səsləndirdi. Bu çıxış həm ölkənin xarici siyasət prioritetlərini, həm də qlobal çağırışlara yanaşmasını nümayiş etdirən mühüm siyasi hadisə kimi diqqət çəkdi. Prezident İlham Əliyev nitqində ilk növbədə Avropa Siyasi Birliyinin platforma kimi əhəmiyyətini vurğuladı.

O qeyd etdi ki, bu təşəbbüs Avropa qitəsində siyasi dialoqun dərinləşdirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq problemlərə birgə həll yollarının tapılması baxımından mühüm rol oynayır.

Azərbaycanın bu platformada fəal iştirakı ölkənin çoxtərəfli diplomatiyaya verdiyi önəmin bariz nümunəsi kimi təqdim olundu. Çıxışın əsas istiqamətlərindən biri regional təhlükəsizlik və sabitlik məsələləri idi.

Prezident Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına sadiqliyini bir daha vurğuladı. O bildirdi ki, münaqişədən sonrakı dövrdə regionda yeni reallıqlar formalaşıb və bu reallıqlar əsasında əməkdaşlıq imkanları genişlənir.

Bu kontekstdə sülh müqaviləsinin imzalanmasının vacibliyi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması kimi məsələlər xüsusi qeyd edildi.

İlham Əliyev Azərbaycanın bu proseslərdə konstruktiv mövqe sərgilədiyini və uzunmüddətli sabitliyin tərəfdarı olduğunu bildirdi. Enerji təhlükəsizliyi məsələsi də çıxışda geniş yer aldı. Prezident qeyd etdi ki, Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşlarından biridir və bu rol getdikcə daha da güclənir. Xüsusilə son illərdə həyata keçirilən iri enerji layihələri Avropa ölkələrinin enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verir.

Azərbaycanın zəngin enerji resursları və inkişaf etmiş infrastrukturunun Avropa bazarları üçün strateji əhəmiyyət kəsb etdiyi vurğulandı. Eyni zamanda, yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, bərpa olunan enerji mənbələrinin inkişafı və bu sahədə beynəlxalq tərəfdaşlarla birgə layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar diqqətə çatdırıldı. Prezident İlham Əliyev çıxışında nəqliyyat və logistika məsələlərinə də toxundu. O bildirdi ki, Azərbaycanın coğrafi mövqeyi ölkəni mühüm tranzit qovşağına çevirir və bu potensialdan səmərəli istifadə regionlararası əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Xüsusilə Orta Dəhliz kimi təşəbbüslərin Avropa ilə Asiya arasında ticarət və iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulandı. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri beynəlxalq əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradır. Çıxışda qlobal çağırışlara münasibət də öz əksini tapdı. Prezident qeyd etdi ki, müasir dövrdə dünya bir sıra mürəkkəb problemlərlə üz-üzədir və bu problemlərin həlli yalnız birgə səylər nəticəsində mümkündür. İqlim dəyişiklikləri, enerji təhlükəsizliyi, ərzaq təminatı və digər məsələlər üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi xüsusi vurğulandı.

Azərbaycan bu istiqamətdə də fəal iştirak edərək qlobal təşəbbüslərə töhfə verməyə hazır olduğunu nümayiş etdirir. Nitqin diqqətçəkən məqamlarından biri Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət kursuna dair fikirlər idi. İlham Əliyev vurğuladı ki, ölkə milli maraqlarını əsas tutaraq müxtəlif tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurur. Bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə səbəb olur.

Prezident İlham Əliyevin videobağlantı vasitəsilə etdiyi çıxış Azərbaycanın beynəlxalq arenada artan rolunun, regional və qlobal məsələlərə dair prinsipial mövqeyinin aydın ifadəsi kimi qiymətləndirilə bilər. Bu çıxış həm də ölkənin gələcək inkişaf istiqamətlərini və beynəlxalq əməkdaşlıq prioritetlərini müəyyən edən mühüm siyasi mesajlar ilə yadda qaldı. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın Avropa ilə münasibətlərində yeni mərhələnin başlanğıcını simvolizə etməklə yanaşı, regionda sülh, sabitlik və əməkdaşlıq perspektivlərinə dair nikbin baxışların ifadəsi kimi də xüsusi əhəmiyyət kəsb edir.

Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

 

Oxşar Xəbərlər

Back to top button