Ağdamın üzümçülük və şərabçılıq ənənələrinin dirçəlişi

Tarixən Ağdam rayonu Azərbaycanın ən məşhur üzümçülük və şərabçılıq mərkəzlərindən biri kimi tanınıb. Sovet dövründə burada istehsal olunan məhsullar öz keyfiyyəti ilə bütün dünyada şöhrət qazanmışdı. Təəssüf ki, işğal illərində minlərlə hektar üzüm bağları məhv edilmiş, emal zavodları isə dağıdılmışdı.
Şəhərin azad olunmasından sonra bu ənənəvi aqrar sahənin bərpası üçün geniş imkanlar yaranıb. Rayonun torpaq-iqlim xüsusiyyətləri nəzərə alınaraq yeni üzüm bağlarının salınması və yerli üzüm sortlarının dirçəldilməsi istiqamətində işlər aparılır. Müasir aqrotexniki üsulların tətbiqi məhsuldarlığın yüksəlməsinə imkan verir.
Üzümçülüyün və emal sənayesinin yenidən qurulması kənd təsərrüfatında məşğulluğu artırmaqla yanaşı, ölkənin ixrac potensialına da mühüm töhfə verəcək. Ağdamın məşhur şərabçılıq brendi yenidən dünya bazarlarına çıxacaq.
Sona Bəylərli,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 84” ərazi partiya təşkilatının sədr müavini



