Günü- gündən güclənən ölkəmiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir
Bu gün hər bir azərbaycanlı fəxr və qürurla deyə bilər ki ölkəmiz dünyada ən sürətlə inkişaf edən, eləcədə bütün sahələrdə yeniləşən dövlətdir. Günü- gündən güclənən ölkəmiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bu isə ölkəmizin nüfuzunun və qüdrətinin ən nümunəvi göstəricisidir. Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin təntənəli açılış mərasimi keçirilib. 50 ildən sonra Bakı ikinci dəfə Beynəlxalq Astronavtika Konqresinin açılışına ev sahibliyi edərək həyəcan və sevincini yaşayıb. Xatırladım ki, bu tədbirə Azərbaycan ilk dəfə Ulu Öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə -1973-cü ildə ev sahibliyi etmişdir.1951-ci ildə İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə Beynəlxalq Astronavtika Federasiyası yaradılıb. Hər il federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən artıq demək olarki 10 ildən çoxdur ki beynəlxalq kosmik ailənin üzvüdür. Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışı zamanı bildirib ki, ’’Bu gün ölkəmiz 2 telekommunikasiya peykinə və 1 Yer səthini müşahidə peykinə sahibdir. Hər 3 peyk azərbaycanlı mütəxəsislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycanda deyil 45-dən çox ölkədə xidmət göstərirlər. Ölkə başçısı həmçinin bildirib ki, konqresin Bakıda keçirilməsi Azərbaycanda kosmik sahənin və qabaqcıl texnologiyaların inkişafına, modernləşdirilməsinə xidmət edəcək. “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” şüarı altında başlayan 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak üçün 120-dən çox ölkədən 5000-dən artıq nümayəndə qeydiyyatdan keçib. Beynəlxalq Astronavtika Federasiyasının və Azərkosmosun tərəfdaşlığı ilə keçiriləcən 74-cü konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunacaqdır. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak edəcəklər. Azərbaycanın ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb. Hətta sponsorluq paketinin satışı üzrə Bakı konqresi Almaniya, Avstraliya, BƏƏ və Fransada keçirilən konqresləri geridə qoyub. Belə mühüm beynəlxalq tədbirin keçirilməsinin müstəqil Azərbaycan Respublikasına həvalə olunmasını ölkəmizə olan etimadın və fəaliyyətimizə dəstəyin göstəricisidir. Bir Xalq olraq Dövlət başçımızın bütün atdığı addımlardan əminik və dəstəkləyirik.
Abbasova Yeganə,
YAP-ın fəalı