Gənc Nəsil və Vətənpərvərlik: Zəfər Ruhunun Davamı

Zəfər Günü həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. 44 günlük müharibə göstərdi ki, müstəqillik illərində yetişən gənclər Vətən sevgisi ilə böyüyüblər. Onlar öz canları bahasına torpaqlarımızı azad edərək əsl qəhrəmanlıq nümunəsi göstərdilər.
Bu gün məktəblərdə, universitetlərdə Vətən müharibəsi qəhrəmanlarının tanıdılması və gənclərə aşılanması əsas istiqamətlərdəndir. Tariximizi öyrənmək, qəhrəmanlarımızı tanımaq hər bir gəncin vətəndaşlıq borcudur. Zəfər ruhu gələcək nəsillərin dəyərlər sisteminin əsas özəyini təşkil edir.
Gənclərimizin elmə, təhsilə, texnologiyaya yiyələnməsi qələbənin əbədiləşdirilməsi üçün ən vacib şərtdir. Güclü və savadlı gənclik gələcəkd də Azərbaycanın qüdrətini qoruyacaq və daha da artıracaqdır. Zəfər Günü gənclərimizə milli qürur və özünəinam hissi aşlayır.
Bu ruh ilə böyüyən gələcək nəsillər Azərbaycan bayrağını həmişə uca tutacaqlar. Vətənpərvərlik təkcə sözdə deyil, əməldə də sübut olunmalıdır və bugünkü gənclər bunu hər zaman nümayiş etdirirlər. Zəfər bayramı həm də gələcəyə inamla baxan gəncliyin bayramıdır.
Ruhən Hüseynova,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Puşkin küçəsi, 19” ərazi partiya təşkilatının sədr müavini



