AnalitikaGündəmSiyasət

Elektron Məkanda Azərbaycan Dilinin Tətbiqi

İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ana dilimizin rəqəmsal və elektron məkanda da geniş tətbiqini zəruri edir. Qloballaşma şəraitində dilimizin zamanın tələblərinə uyğun istifadəsi üçün Prezident İlham Əliyev tərəfindən 2013-cü il 9 aprel tarixində xüsusi Dövlət Proqramı təsdiq edilmişdir. Bu proqram dilçiliyin inkişafı və dilimizin elektron fazada yerinin möhkəmlənməsi üçün böyük əhəmiyyətə malikdir.
Bunun ardınca, 2018-ci il 17 iyul tarixli Sərəncamla Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı mühüm tədbirlər müəyyənləşdirilmişdir. Bu Sərəncam dilimizin tətbiqi dairəsinin hüdudsuz internet resurslarında genişləndirilməsini və düzgün tətbiqini hədəfləyir.
Hər bir azərbaycanlı, o cümlədən sosial şəbəkə istifadəçiləri öz dilinin Orfoqrafiya Normalarına – 2019-cu ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara – hörmətlə yanaşmalıdır. Texnologiya inkişaf etsə də, dilimizin bədii ruhu və orjinallığı dəyişməz qalmalıdır.

Regina Kovalyova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button