AnalitikaDünyaGündəmSiyasət

“Ekoloji cəhətdən dayanıqlı və davamlı şəhər inkişafı üçün mənzil” mövzusunda panel iclas keçirilir

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Ekoloji cəhətdən dayanıqlı və davamlı şəhər inkişafı üçün mənzil” mövzusunda panel iclas keçirilir.

Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən  xəbər verir ki, panel mənzil və iqlim fəaliyyəti arasındakı kəsişməni əhatə edir, aşağıkarbonlu, dayanıqlı mənzil sistemlərinə və qlobal iqlim öhdəlikləri ilə uyğunlaşmaya fokuslanır.

“Mənzil siyasətləri iqlim və dayanıqlılıq məqsədləri ilə necə uyğunlaşdırıla bilər?”, “Yerli və qlobal iqlim məqsədlərinə nail olmaq üçün hökumətin müxtəlif səviyyələri arasında effektiv əməkdaşlığı hansı idarəetmə modelləri təmin edir?”, “Milli mənzil strategiyaları iqlim dəyişmələrinin azaldılmasını, uyğunlaşmanı və dayanıqlılığı necə dəstəkləyə bilər?” kimi məsələlərpanelin əsas müzakirə mövzularıdır.

Oxşar Xəbərlər

Back to top button