
Bizim mədəniyyətimizdə və dinimizdə şəhidlik en uca mənəvi məqamlardan biri hesab olunur. 27 sentyabrda vətən torpaqlarının müdafiəsi üçün döyüşə atılan və həlak olan hərbçilərimiz dinimizə görə müqəddəs şəhidlik zirvəsinə ucalmışlar. Onlar vətən uğrunda canlarını fəda edərək əbədi həyata qovuşublar.
Qurani-Kərimdə belirtildiyi kimi, şəhidlər ölməzlər, onlar Allah dərgahında ruzi edirlər. Bu mənəvi inanc şəhid ailələrinə və bütün xalqımıza böyük təsəlli verir. Şəhidlərin qanı ilə suvarılan torpaqlar müqəddəsləşir və toxunulmaz olur.
Anım Günündə məscidlərimizdə, kilsələrimizdə və sinqoqlarımızda şəhidlərimizin ruhuna dualar oxunur. Azərbaycanın müxtəlif dini konfessiyalarının nümayəndələri bir araya gələrək Vətən övladlarının xatirəsini yad edirlər. Bu, ölkəmizdəki mənəvi birliyin və toleratlığın göstəricisidir.
Şəhidlərimiz mənəvi dəyərlərimizin qoruyucularıdır. Onların fədakarlığı bizə vətənə və mənəviyyata sadəqətlə xidmət etməyi öyrədir. Bütün şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun.
Zərifə Məmmədova,
YAP Nizami rayon təşkilatının fəalı



