
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib.
Prezident İlham Əliyevin Dövlət Proqramına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, qarşıdakı dövrdə məqsəd yalnız mövcud yataqların istismarını genişləndirmək deyil. Əsas hədəf təbii sərvətlərin hasilatından başlayaraq onların zənginləşdirilməsi, emalı və hazır məhsula çevrilməsinə qədər uzanan tam istehsal zəncirinin formalaşdırılmasıdır. Bu isə Azərbaycanınsənaye strukturunda yeni mərhələnin başlanmasıdeməkdir.
Qeyd edək ki, Azərbaycanın iqtisadi inkişaf modelindəneft-qaz sektoru uzun illər əsas gəlir mənbələrindən biriolub, lakin son dövrdə həyata keçirilən siyasətin mühümistiqamətlərindən biri iqtisadiyyatın şaxələndirilməsi vəqeyri-neft sektorunun inkişaf etdirilməsidir.
Prezident İlham Əliyevin çıxışında da qeyd olunduğu kimi, bu ilin ilk 8 ayında qeyri-neft sektorunda 5,4 faizlik artımqeydə alınıb. Dövlət Proqramının əsas məqsədlərindənbiri də bu dinamikanı uzunmüddətli və davamlı xarakterəçevirməkdir. Proqramın tam icrası nəticəsində 5 mindənçox daimi iş yerinin yaradılması, yeni istehsalmüəssisələrinin formalaşdırılması, ixrac imkanlarınıngenişləndirilməsi və dövlət büdcəsinə əlavə gəlirlərin daxilolması gözlənilir.
Bu gün Azərbaycan onilliklər ərzində əlçatmaz qalanyataqları sadəcə iqtisadi dövriyyəyə qaytarmır. Eynizamanda ölkə öz mineral-xammal bazasını yenidənqiymətləndirmək, yeni sahələrin kəşfiyyatını aparmaq, emal infrastrukturu yaratmaq, metallurgiyanı inkişafetdirmək və hasilatı istehsalla əlaqələndirməkniyyətindədir. Bu, artıq bir yatağın və ya bir zavodun tarixideyil. Bu, bütöv bir sənaye sistemi formalaşdırmaqcəhdidir. Və burada ardıcıllıq xüsusilə vacibdir: əvvəlcəgeologiya və kəşfiyyat, sonra hasilat, ondan sonra isəzənginləşdirmə, emal, metallurgiya və hazır məhsulburaxılışı.
Diqqətçəkən məsələlərdən biri də odur ki, proqramda dağ-mədən sənayesi metallurgiyadan təcrid olunmuş şəkildənəzərdən keçirilmir. Əksinə, onların arasında vahidistehsal sistemi formalaşdırılmalıdır. Konkretistiqamətlərdən biri alüminium istehsalının artırılmasıdır.Dövlət başçısı qeyd etmişdir ki, “hərçənd xaricitərəfdaşlardan müəyyən təkliflər var idi, onlar reallaşmadı, çünki biz milli iqtisadiyyata fayda gətirməyə qadirmexanizmlərin tətbiqinə maksimum çalışırıq“. Bu mənadadağ-mədən sənayesi və metallurgiya bir-birini tamamlayabilər. Yeni yataqlar xammal bazası, emal müəssisələrisənaye yükü, metallurgiya istehsalatları isə emalolunmamış xammalla müqayisədə xeyli yüksək dəyərəmalik məhsul buraxmağa imkan verir.
Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın işğaldanazad edilmiş ərazilərinin iqtisadi reinteqrasiyasıbaxımından da mühüm əhəmiyyət daşıyır. Uzun illər işğalaltında qalan ərazilərdə zəngin təbii sərvətlərin istifadəsimümkün olmayıb. Prezident İlham Əliyevin çıxışında qeydedildiyi kimi, Kəlbəcər, Laçın və Zəngilan ərazilərindəkitəbii sərvətlər və meşə fondları işğal dövründə ciddi zərərəməruz qalıb. Eyni zamanda, qızıl, mis və molibdenyataqlarının bir hissəsi uzun müddət tam geolojitədqiqatdan kənarda qalıb. İndi isə vəziyyət dəyişib. Dövlət Proqramında ilk növbədə işğaldan azad edilmişərazilərdə mövcud yataqların istismara qaytarılmasınəzərdə tutulur. Kəlbəcər, Ağdərə və Zəngilanda yerləşənqızıl, mis və molibden yataqları bu baxımdan əsasistiqamətlər sırasındadır. Ağdərədə artıq işlərəbaşlanılması, növbəti mərhələdə Kəlbəcər və Zəngilandada layihələrin həyata keçirilməsinin nəzərdə tutulmasıQarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialınınartırılması baxımından əhəmiyyətlidir. Bu prosesin digərmühüm tərəfi məşğulluq məsələsidir. Dağ-mədənmüəssisələrinin, emal zavodlarının və əlaqəliinfrastrukturun yaradılması regionlarda yeni iş yerlərininaçılmasına, xidmət sektorunun genişlənməsinə və iqtisadifəallığın yüksəlməsinə əlavə imkanlar yarada bilər.
Dövlət Proqramının əhatə etdiyi mühüm istiqamətlərdənbiri də Naxçıvan Muxtar Respublikasıdır. Naxçıvandasovet dövründə və sonrakı illərdə geoloji kəşfiyyat işlərilazımi səviyyədə aparılmayıb. Bu səbəbdən regionun təbiiresurs potensialının tam öyrənilməsi üçün yeni kəşfiyyatmərhələsinə ehtiyac var.
Yeni Dövlət Proqramının mühüm xüsusiyyətlərindən biridövlət və özəl sektorun paralel iştirakının nəzərdətutulmasıdır. Dağ-mədən sənayesində dövlət xətti ilə“AzerGold”un fəaliyyəti ilə yanaşı, özəl sektorun və xariciinvestorların iştirakı üçün də imkan yaradılır. Xüsusiləgeoloji kəşfiyyat nəticəsində yeni yataqların aşkarlanmasıxarici investisiyaların cəlb edilməsinə şərait yarada bilər.
Bir sözlə bu yeni sənaye siyasətinin arxasında Prezidentİlham Əliyevin uzaqgörən strategiyası dayanır. Bu prosesuğurla reallaşsa, dağ-mədən və metallurgiya sənayesiAzərbaycanın qeyri-neft iqtisadiyyatının yenidayaqlarından birinə çevriləcəkdir.
Vilayət İsmayılov,
iqtisad elmləri doktoru, professor



