Analitika

Cəbrayıl rayonu 27 illik işğaldan sonra düşməndən azad edilən ilk şəhərdir

Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində – Araz çayının sol sahilində – cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür.

Cəbrayıl rayonu 27 illik işğaldan sonra düşməndən azad edilən ilk şəhərdir. Eyni zamanda həmin gün Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri də işğaldan azad edildi. Beləliklə, Cəbrayıl şəhərində də Azərbaycan bayrağı dalğalanırdı.

Cəbrayılın azad edilməsi paytaxt Bakı olmaqla bütün ölkədə çox böyük sevinc hissi ilə qarşılandı, Azərbaycan xalqında olan ruh yüksəkliyini, ordumuzda olan döyüş ruhunu, özünə inamı daha da artmışdır. 27 ildən sonra Azərbaycan böyük qələbəyə imza atmışdı, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn tələbləri Azərbaycan öz ordusunun gücünə həyata keçirdi.

2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili , Çaxırlı , Aşağı Maralyan , Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər Cəbrayıl və 90 kənd işğaldan azad edildi.

Cəbrayıl əməliyyatının əhəmiyyəti ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Bu Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi qeydiyyata alınmışdır.

Bu gün Cəbrayıl rayonunda görülən bərpa və quruculuq işləri Cəbrayılılara rahat gələcək, firavan həyat bəxş edəcəkdir. Bütün bunlar hər bir Azərbaycanlıda haqlı qürur, minnətdarlıq və sevinc hissi doğurur!

“Güclü, müstəqil öz gücünü, birliyini, mübarizliyini, əzmini dünyaya çatdıran, Qəlblərdə iz buraxan bu azad ölkə, bu dəmir əzmli dövlət məhz Cənab Prezident İlham Heydər oğlu Əliyevin uğurlu əsəridir!”

Abbasova Yeganə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button