AnalitikaGündəm

Bu gün Azərbaycanın mühüm enerji layihələrinin həyata keçirilməsində liderliyi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu böyükdür

Böyük Britaniyada keçirilən və dünyanın nüfuzlu ölkələrinin rəhbərlərinin qatıldığı “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında Birləşmiş Krallığın Baş naziri Kir Starmerin dəvəti ilə Prezident İlham Əliyevin də iş tirak etməsi beynəlxalq miqyasda Azərbaycanın yüksələn mövqeyinin və bilavasitə Prezidentimizin dünya liderləri arasında böyük söz sahibi olmasının göstəricisidir. “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masadakı çıxışı zamanı cənab Prezidentin söylədiyi fikirlər öz aktuallığı ilə fərqlənirdi.

“Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında aparılan müzakirələr və gəlinən qənaət regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, əməkdaşlığın genişlənməsinə böyük töhfə olacaq. Prezident İlham Əliyevin Zirvə toplantısı çərçivəsində 12 ölkə və təşkilat lideri ilə görüşləri baş tutub. Diqqət çəkən məqam isə odur ki, görüşlər qarşı tərəflərin istəkləri əsasında gerçəkləşdi. Bu, onu göstərir ki, dünyada etibarlı, güvənli və vacib tərəfdaş statusunu qazanan, nəhəng və faydalı layihələr icra edən ölkəmizlə əlaqələr qurmaq, mövcud əməkdaşlığı daha da genişləndirmək istəyən dövlətlərin sayı durmadan artır. İkitərəfli danışıqlarda xüsusən Azərbaycanın sülh təşəbbüslərinin təqdir olunması və dəstəklənməsi dövlətimizin uğurlu xarici siyasətinin bariz nümunəsidir.

Dövlət başçımız bu səfəri çərçivəsində qarşı tərəflərin müraciətlərinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden, İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd, Macarıstanın Baş naziri Viktor Orban, Litva Respublikasının Prezidenti Gitanas Nauseda, Çex Respublikasının Baş naziri Petr Fiala, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə də görüşüb. Bu görüşlərdə sülh prosesi ilə yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə (COP29) əlaqədar hazırlıq prosesi, həmçinin Qlobal Cənub və Qlobal Şimal arasında konsensusun qurulması, həmrəyliyin artırılması istiqamətində səylərin davam etdirilməsi də vurğulanıb. Yeri gəlmişkən, dövlətimizin başçısı Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda keçirilən dəyirmi masada bildirib ki, 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button