
2026-cı il aprelin 25-də Qəbələdə AzərbaycanRespublikasının Prezidenti İlham Əliyev və UkraynaPrezidenti Volodimir Zelenski arasında keçirilən görüşlərvə mətbuata verilən bəyanatlar hər iki ölkə arasında stratejitərəfdaşlığın ardıcıl və sistemli şəkildə inkişaf etdiyini birdaha nümayiş etdirdi. Həm təkbətək, həm də geniştərkibdə keçirilən danışıqlar münasibətlərin yalnız siyasisəviyyədə deyil, həm də çoxşaxəli əməkdaşlıqplatformasına çevrildiyini təsdiqlədi.
Azərbaycan və Ukrayna arasında münasibətlərinəsasını qarşılıqlı hörmət və beynəlxalq hüququnfundamental prinsiplərinə sadiqlik təşkil edir. 2008 və2011-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri buəlaqələrin hüquqi-siyasi çərçivəsini müəyyən etmiş, qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyindəstəklənməsi prinsiplərini prioritet istiqamətə çevirmişdir.Prezident İlham Əliyevin bəyanatında da vurğulandığıkimi, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində bumövqeni ardıcıl şəkildə müdafiə edir.
Son illər liderlər arasında intensiv təmasların artmasıəlaqələrin dinamik inkişafından xəbər verir. Dörd ilərzində yeddi dəfə keçirilən görüşlər, o cümlədənbeynəlxalq tədbirlər çərçivəsində aparılan dialoqlar siyasiəlaqələrin institusional və davamlı xarakter aldığınıgöstərir. Bu baxımdan Qəbələ görüşü həm də əvvəlkitəmasların məntiqi davamı kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, Qəbələ görüşü çərçivəsində aparılanmüzakirələr ikitərəfli əməkdaşlığın geniş spektrini əhatəedir. Xüsusilə enerji sahəsi prioritet istiqamət kimi önplana çıxır. Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar vəregional enerji layihələrindəki rolu Ukrayna üçün etibarlıtərəfdaşlıq modeli yaradır. SOCAR-ın Ukraynadafəaliyyəti və gələcək birgə investisiya imkanları iqtisadiəməkdaşlığın dərinləşdirilməsi üçün real zəminformalaşdırır. Bununla yanaşı, ticarət dövriyyəsininartması və onun daha da genişləndirilməsi perspektivləriiqtisadi münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyinigöstərir.
Həmçinin görüşlər zamanı kənd təsərrüfatı sahəsindəəməkdaşlıq imkanları və Hökumətlərarası Komissiyanınfəaliyyəti də diqqət mərkəzində olmuşdur. Bu, münasibətlərin yalnız ənənəvi sahələrləməhdudlaşmadığını, yeni istiqamətlər üzrə də sistemlişəkildə genişləndirildiyini göstərir. İkitərəfli platformalarınaktivləşdirilməsi tərəflər arasında institusionaləməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Münasibətlərin mühüm istiqamətlərindən biri dətəhlükəsizlik və hərbi-texniki əməkdaşlıqdır. Ukraynanınmüharibə şəraitində əldə etdiyi təcrübə və müdafiəsənayesi sahəsində inkişafı Azərbaycan üçün əhəmiyyətliəməkdaşlıq imkanları yaradır. Birgə istehsal və texnolojiəməkdaşlıq perspektivləri tərəflərin strateji tərəfdaşlığınıdaha da dərinləşdirə bilər.
Humanitar sahədə əməkdaşlıq isə Azərbaycan-Ukrayna münasibətlərinə xüsusi məzmun qazandırır. Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım, xüsusilə enerji böhranı dövründə təqdim olunan dəstəkpaketləri və müharibədən zərər çəkmiş uşaqlara göstəriləndiqqət iki xalq arasında dostluq və həmrəylikmünasibətlərini gücləndirir. Ukrayna Prezidenti VolodimirZelenskinin bu dəstəyə görə təşəkkürünü ifadə etməsi vəukraynalı uşaqların, eləcə də tələbələrin Azərbaycanasəfərlərinin təşkili ilə bağlı planların açıqlanmasıhumanitar əlaqələrin davamlı xarakter aldığını göstərir.
Prezidentlər arasında əvvəlki görüşlərin müsbətnəticələrinin xatırlanması və bu səfərin əməkdaşlığıngenişləndirilməsi üçün yeni imkanlar yaratdığına dairfikirlər münasibətlərin strateji mahiyyətini bir dahatəsdiqləyir. Xüsusilə müasir beynəlxalq münasibətlərsistemində geosiyasi gərginliyin artdığı bir dövrdəAzərbaycan və Ukrayna arasında əməkdaşlıq sabitlik vəqarşılıqlı dəstək modelinin nümunəsi kimi çıxış edir.
Qlobal təhlükəsizlik çağırışlarının artdığı bir dövrdəAzərbaycan və Ukrayna arasında əməkdaşlıq həmregional, həm də beynəlxalq səviyyədə sabitliyə xidmətedir. Xüsusilə enerji təhlükəsizliyi, müdafiə və diplomatikvasitəçilik kimi sahələrdə qarşılıqlı fəaliyyət gələcəkəməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir.
Beləliklə, Qəbələdə keçirilən bu tarixi görüşAzərbaycan və Ukrayna arasında ikitərəfli münasibətlərininkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Qarşılıqlı etimad, siyasi iradə və ortaq maraqlara əsaslananbu tərəfdaşlıq gələcəkdə daha geniş miqyasda inkişafedərək regional və beynəlxalq səviyyədə mühüm roloynamağa davam edəcəkdir.
Pərvin Eyvazov,
Filologiya elmləri üzrə fəlsəfə doktoru,
BDU-nun Azərbaycan dilçiliyi kafedrasınınmüəllimi



