GündəmSosial

Azərbaycan Texniki Universitetində müşavirə keçirilib

Oktyabrın 14-də “H.Cavid pr. 25” ünvanı üzrə (AzərbaycanTexniki Universiteti) ərazi partiya təşkilatında AzərbaycanRespublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədricənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindənirəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev, Azərbaycan Texniki Universitetinin rektoru VilayətVəliyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü ƏfsunSucayev, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazipartiya təşkilatının üzvləri və tələbələr iştirak ediblər.

Müşavirədən əvvəl universitetin inzibati binasında yerləşən UluÖndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq gül dəstələridüzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yadedilib.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü vəsuverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsininbir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. ArdıncaAzərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən Azərbaycan Texniki Universitetininrektoru Vilayət Vəliyev qonaqları, müəllim-tələbə heyətini vəpartiya fəallarını salamlayaraq texniki təhsilin flaqmanı olanuniversitetdə keçirilən bu tədbirin mühüm əhəmiyyət daşıdığınıbildirib. V.Vəliyev diqqətə çatdırıb ki, Yeni AzərbaycanPartiyasının VIII Qurultayı ölkəmizin gələcək strategiyasınımüəyyən edən tarixi mərhələdir. Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin qurultaydakı konseptual çıxışıelmi-texniki potensialın gücləndirilməsi, mühəndis kadrlarınınhazırlanması və ali təhsil sisteminin rəqəmsal transformasiyasıbaxımından aydın yol xəritəsidir. Rektor vurğulayıb ki, AzTUsənayenin müasir tələblərinə cavab verən, innovativ təfəkkürlüvə vətənpərvər gənclər yetişdirmək istiqamətində addımlarınısürətləndirib. Universitetin elmi-pedaqoji kollektivi cənabPrezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinəsadiqdir və partiya ideallarının gənclər arasında təbliğində hərzaman fəal olacaqdır.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri BəxtiyarNəbiyev Azərbaycan Respublikasının Prezidenti, YeniAzərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ınVIII Qurultayındakı nitqindən irəli gələn prioritet məsələlər, postmüharibə dövrünün yeni reallıqları və ali texniki təhsilmüəssisələrinin qarşısında duran ideoloji-strateji hədəflər barədəgeniş, ətraflı məruzə ilə çıxış edib.
Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ölkəmizin siyasi sabitliyinin, iqtisadi və texnoloji inkişafının əsas siyasi sütunu olmuşdur. Ulu Öndərin uzaqgörənsiyasi kursunu uğurla sürdürən cənab Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycan tarixi Zəfər qazanaraq ərazibütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Bu günölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, hərbi-sənaye kompleksinin modernləşdirilməsi və “ağıllı şəhər“, “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması Müzəffər AliBaş Komandanın liderliyinin və Yeni Azərbaycan Partiyasınınuğurlu siyasətinin əyani təzahürüdür.  B.Nəbiyev xüsusi olaraq vurğulayıb ki, VIII Qurultayda qəbul edilmiş qərarlar ali məktəblərdə fəaliyyət göstərən ərazi partiya təşkilatlarının fəaliyyətində keyfiyyətcə yeni mərhələ açmışdır. Müasir dövrdəmüstəqilliyin və suverenliyin möhkəmləndirilməsi texnolojimüstəqillikdən və güclü mühəndis kadrlarının varlığındanbilavasitə asılıdır. Azərbaycan Texniki Universitetində təhsilalan tələbə-gənclər ölkəmizin gələcək sənaye, İKT və hərbi-texniki elitasını təşkil edirlər. Gənc mütəxəssislərin yüksəkixtisasla yanaşı, dərin vətənpərvərlik hissinə, milli-mənəvidəyərlərə və sarsılmaz dövlətçilik təfəkkürünə malik olması əsasşərtlərdəndir. YAP Yasamal rayon təşkilatının sədri əminliyini ifadə edib ki, Azərbaycan Texniki Universitetinin ərazi partiya təşkilatı gənclərin partiya həyatına cəlb olunmasında, sosial-ictimai fəallığının artırılmasında və cənab Prezident İlham Əliyevin ideyalarının təbliğində hər zaman ön sıralarda olacaqdır. YAP Yasamal rayon təşkilatı universitetin partiyafəalları və gənc mühəndisləri ilə sıx əməkdaşlığı ardıcıl olaraqdavam etdirəcəkdir.

Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüƏfsun Sucayev partyanın müasir inkişaf dövründəki ideolojiprinsipləri, elmi-intellektual potensialın artırılması və YAP-ınVIII Qurultayının tarixi əhəmiyyəti barədə geniş çıxış edib. Ə.Sucayev vurğulayıb ki, cənab Prezident İlham Əliyevinrəhbərliyi ilə keçirilən VIII Qurultay partiyanın təşkilati vəideoloji baxımdan yenilənməsi yolunda strateji addımdır. O diqqətə çatdırıb ki, dördüncü sənaye inqilabı dövründə gəncalim və mühəndislərin üzərinə böyük məsuliyyət düşür. Ə.Sucayev gəncləri müasir elmi biliklərə yiyələnməyə, texnolojilayihələrdə fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasınınsıralarında sıx birləşərək ölkəmizin tərəqqisinə töhfə verməyəçağırıb.

Çıxış edənlər “H.Cavid pr. 25” ünvanı üzrə ərazi partiyatəşkilatının sədri Həbib Mirzəyev və AzTU-nun Xüsusi texnikavə texnologiya fakültəsinin dekan müavini, YAP fəalı AminMəmmədov ərazi partiya təşkilatının fəaliyyət istiqamətləri, tələbə və müəllim heyətinin partiya həyatındakı fəallığı barədəməlumat veriblər. Çıxış edənlər vurğulayıblar ki, cənabPrezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ali təhsilin vəelmin inkişafına göstərilən böyük diqqət və qayğı hər birakademiki və tələbəni daha əzmlə çalışmağa sövq edir. OnlarYAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları gündəlikpedaqoji və ictimai fəaliyyətlərində əsas rəhbər tutacaqlarını vəpartiya ideyalarının yayılmasında fəal iştirak edəcəklərini bəyanediblər.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himnisəsləndirilib və xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button