GündəmSosial

Astarada YAP-ın VIII Qurultayının nəticələri ilə bağlı tədbirlər davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının təşkilatçılığı ilə Astara şəhəri, İstiqlaliyyət küçəsi 23 ünvanı (“Aztelekom” MMC-nin Cənub Regional Filialının Astara şöbəsi) üzrəərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbirdə çıxış edənlər Elçin Məmmədəliyev, Malik Ağacanov və Hikmət Qurbanov Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin əhəmiyyətindən, partiyanın qarşısında duran yeni vəzifələrdən, ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən və qarşıda duran prioritet istiqamətlərdən bəhs ediblər.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən hədəflər partiyanın gələcək fəaliyyətinin daha da təkmilləşdirilməsi, ideoloji işin müasir tələblərə uyğun qurulması və cəmiyyətlə əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Oxşar Xəbərlər

Back to top button