Ağdamın məşhur çinar ağacları və təbiət abidələrinin qorunması

Ağdamın təbiət rəmzlərindən biri olan əzəmətli çinar ağacları əsrlər boyu bu şəhərin küçələrini, parklarını və həyətlərini bəzəyib. İşğal dövründə bu nadir təbiət abidələrinin böyük əksəriyyəti kəsilərək məhv edilsə də, sağ qalan bir neçə yaşlı çinar ağacı azadlıq gününə qədər dözüm göstərərək ayaqda qalıb.
Şəhərin bərpası zamanı mövcud olan bütün yaşlı ağaclar xüsusi nəzarətə götürülərək qorunur və müalicə olunur. Eyni zamanda, Ağdamın simvoluna çevrilmiş çinar ağaclarının yenidən şəhərin hər bir guşəsində əkilməsi prosesi həyata keçirilir. Bu ağaclar şəhərin tarixi ruhunu və təbii gözəlliyini yaşadır.
Təbiət abidələrinin qorunması gələcək nəsillərə ekoloji mədəniyyətin aşılanması baxımından böyük əhəmiyyət daşıyır. Ucalan hər bir çinar ağacı Ağdamın əbədiyaşarlığının rəmzidir.
Nəzakət Bağırova,
YAP Nizami rayon təşkilatının “Əli Vəliyev küçəsi, 4” ərazi partiya təşkilatının sədr müavini



