Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması , ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Həmçinin bu qələbə qonşusunun torpağına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etimadından, etibarından sui-istifadə edən ermənilərin iç üzünü, əsl simasını dünyaya bir daha göstərdi. Belə bir şanlı qələbəni dünyaya qürurla nümayiş etdirəcək bir abidə Zəfər parkının inşası da düşünülmüş və uğurlu siyasətin bir parçasıdır. Parka keçid hissədə 8 noyabr-Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb. Torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə parkın ərazisində Zəfər muzeyi yaradılıb. Dövlətimizin başçısı və birinci xanım parkın girişində xatirə daşının önünə gül dəstələri qoydular.
Prezident İlham Əliyev 2020-ci il dekabrın 3 də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi. şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılmasını tapşırmışdı. Zəfər muzeyinin əsas girişində yaradılmış “Dəmir yumruq” simvolunun üzərində Qələbənin tarixi qeyd edilib. Muzeyin divarında Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş əsgər və zabitlərimizin adları həkk olub. Zəfər parkında həmçinin tematik bağça, kaskaf tipli şəlalə. Qarabağ yaddaş bağçası və park ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşəsi salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub. Dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət bayrağı ucaldılıb. Parkdakı Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyulub. 44 günlük Vətən müharibəsi bizim Şanlı tariximiz və parlaq Qələbəmizdir.
Mətanət Ağazadə,
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin İnformatika müəllimi