AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

“Qarabağ” Futbol Klubu və İmarət Stadionunun dirçəlişi

Ağdam dedikdə ağla gələn ilk rəmzlərdən biri də ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edən “Qarabağ” futbol klubudur. 27 il doğma şəhərindən uzaqda “köçkün komanda” kimi fəaliyyət göstərən klub, bu müddət ərzində Ağdamın adını bütün Avropaya tanıtdı. Şəhərin işğaldan azad olunması ilə komandanın öz doğma meydanına qayıtmaq arzusu reallığa çevrildi.

Ağdamın Baş Planında vaxtilə dağıdılmış məşhur “İmarət” stadionunun yerində və ya şəhərin müasir ərazisində ən son standartlara cavab verən yeni stadion kompleksinin tikintisi nəzərdə tutulub. Yeni idman arenası təkcə futbol oyunlarının deyil, həm də böyük beynəlxalq tədbirlərin keçirilməsinə imkan verəcək.

“Qarabağ” klubunun öz doğma şəhərində, Ağdam azarkeşləri qarşısında oyunlara çıxması Böyük Qayıdışın ən emosional və qürurverici anlarından biri olacaq. İdman infrastrukturunun bərpası gənclərin sağlam ruhda böyüməsinə də böyük təkan verəcək.

Aysel Məmmədova,
YAP Nizami rayon təşkilatının “Cəmşid Naxçıvanski küçəsi, 348a” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button