AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Beynəlxalq Müstəvidə Azərbaycan: Zəfərin Diplomatik Çaları

Azərbaycanın qələbəsi təkcə döyüş meydanı ilə məhdudlaşmadı, həm də diplomatik müstəvidə böyük zəfərlə müşayiət olundu. Çətin geosiyasi şəraitdə aparılan uzaqgörən xarici siyasət ölkəmizinhaqlı mövqeyini beynəlxalq səviyyədə qəbul etdirdi. BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində qazanılan dəstək həlledici rol oynadı.

Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr, sərgilədiyi qətiyyətli mövqe və dəmir məntiqli cavablar informasiya savaşında qələbəmizi təmin etdi. Dünyanın aparıcı media qurumları qarşısında Azərbaycanın haqq səsi ucaldı. Bu diplomatik hücum düşmənin təbliğat maşınını darmadağın etdi.

Müharibədən sonra imzalanan sənədlər və bölgədə yaranmış yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunmağa başlandı. Azərbaycan regionda sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış etdi. Qonşu dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər quruldu.

Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahibidir. Zəfər Günü həm də ölkəmizin qlobal miqyasda artan nüfuzunun və diplomatik qələbəsinin bayramıdır. Bu uğur xarici siyasətimizin nə qədər düzgün qurulduğunu bir daha sübut edir.

Samirə Vəliyeva,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 100” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button