
16 oktyabr 2026-cı il tarixində “Şəhərsalma vəMemarlıq İli” çərçivəsində, Yeni Azərbaycan PartiyasıYasamal rayon təşkilatının, Yasamal Rayon İcraHakimiyyətinin və Bakı Şəhər Gənclər və İdman İdarəsininYasamal rayonu üzrə Gənclər və İdman sektorunun birgətəşkilatçılığı ilə “Bakı-2026 – Dünya İdman Paytaxtı” tədbirlər proqramı çərçivəsində 44 günlük Vətənmüharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünəhəsr olunmuş Azərbaycan Dövlət Pedaqoji Universitetininnəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət PedaqojiKollecində dama idman növü üzrə yarış keçirilib.
Yarışda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Bakı ŞəhərGənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclərvə İdman sektorunun müdiri İlham Səfərov, YAP Yasamalrayon təşkilatının, Bakı Şəhər Gənclər və İdman İdarəsininYasamal rayonu üzrə Gənclər və İdman sektorunun vəAzərbaycan Dövlət Pedaqoji Kollecinin əməkdaşları, yarışiştirakçıları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanınərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmişşəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dahasonra Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədr müaviniElnarə Mustafayeva və Bakı Şəhər Gənclər və İdmanİdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdmansektorunun müdiri İlham Səfərov ölkəmizdə həyata keçirilənuğurlu idman siyasətindən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanda idmanın inkişafı, gənclərin idmana marağınınartırılması və sağlam həyat tərzinin təbliği dövlət siyasətininəsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin idmanıninkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsindəölkəmizdə müasir idman infrastrukturu yaradılır, idmançıların beynəlxalq yarışlarda uğurla çıxış etmələri üçüngeniş imkanlar təmin olunur. Birinci vitse-prezidentMehriban xanım Əliyevanın və rəhbəri olduğu HeydərƏliyev Fondunun idmanın inkişafına, sağlam həyat tərzinintəşviqinə və gənclərin idmana cəlb edilməsinə yönəlmiştəşəbbüslərinin də bu sahədə mühüm əhəmiyyət daşıdığıvurğulanıb. Bildirilib ki, dövlət səviyyəsində göstəriləndiqqət və qayğı idmanın kütləviliyinin artırılmasına, gənclərin idman fəaliyyətinə cəlb olunmasına və onlarınfiziki sağlamlığının möhkəmləndirilməsinə əlverişli şəraityaradır. Çıxışlarda, həmçinin “Bakı-2026 – Dünya İdmanPaytaxtı” tədbirlər proqramı çərçivəsində təşkil olunanyarışların idmanın təbliği və gənclərin asudə vaxtlarınınsəmərəli təşkili baxımından əhəmiyyəti diqqətə çatdırılıb. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərinxalqımızın milli birliyinin, əzminin və qəhrəmanlığınıntəcəssümü olduğu vurğulanıb. Qeyd edilib ki, Zəfərin 6-cı ildönümünə həsr olunan bu cür tədbirlər gənc nəslinvətənpərvərlik ruhunda tərbiyə olunmasına, milli-mənəvidəyərlərə bağlılığının gücləndirilməsinə xidmət edir. Damaidmanının məntiqi təfəkkürün, diqqətin və strateji düşünməbacarıqlarının inkişafında mühüm rol oynadığı da qeydolunub. Sonda natiqlər iştirakçılara uğurlar arzulayıb, gənclərin idmana marağının artırılmasına xidmət edən bu cüryarışların davamlı təşkilinin vacibliyini bildiriblər.
Daha sonra dama idman növü üzrə yarış keçirilib. Yarışın yekununda qalib komanda üzvlərinə müvafiq diplomvə medallar təqdim olunub. Sonda xatirə şəkilləri çəkdirilib.
















