AnalitikaGündəmSiyasət

Füzuli Zəfəri – Azərbaycan Tarixinin Unudulmaz Səhifəsi

Füzuli şəhərinin işğaldan azad olunması Azərbaycan tarixində mühüm hadisələrdən biri kimi yadda qalmışdır. Bu qələbə xalqımızın uzun illər davam edən həsrətinə son qoyulması yolunda böyük addım olmuşdur. Füzulinin azadlığı Azərbaycanın müstəqilliyinin və milli iradəsinin təntənəsidir.

1993-cü ildə işğal edilən Füzuli şəhəri uzun illər ərzində öz sakinlərindən ayrı qalmışdı. İnsanlar doğma evlərini, küçələrini və uşaqlıq xatirələrini geridə qoymağa məcbur olmuşdular. Buna baxmayaraq, Füzuli sakinləri öz torpaqlarına qayıtmaq ümidini heç vaxt itirmədilər.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının taleyində yeni mərhələ açdı. Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək işğal altında olan ərazilərin azadlığı uğrunda mübarizə apardı. Oktyabrın 17-də Füzuli şəhərinin azad edildiyi elan olundu.

Bu qələbə xalqımızda böyük sevinc və qürur hissi yaratdı. Füzulinin azad edilməsi Azərbaycan əsgərinin gücünü, xalqın birliyini və dövlətimizin əzmini nümayiş etdirdi. Şəhərin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim ehtiramla yad edilir.

Bu gün Füzuli yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Şəhərdə aparılan bərpa və quruculuq işləri gələcəyə olan inamı gücləndirir. Füzuli zəfəri Azərbaycan tarixində daim qürurla xatırlanacaqdır.

Samir Məmmədov,
YAP Nizami rayon təşkilatının “Yusif Səfərov küçəsi, 10” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button