GündəmSosial

Şüvi kənd ərazi partiya təşkilatı”nda YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Astara rayonunun Şüvi kəndində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının nəticələri və qurultayda qarşıya qoyulan vəzifələrlə bağlı ərazi partiya təşkilatının iclası keçirilib.

İclası Qurultay nümayəndəsi, Azad İbrahimov adına Astara rayonu Şüvi kənd tam orta ümumtəhsil məktəbinin direktoru, ərazi partiya təşkilatının sədri Adil Rzayev açaraq bildirib ki, YAP-ın VIII Qurultayı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni tarixi şəraitdə keçirilən mühüm siyasi hadisədir. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin çıxışı ölkəmizin gələcək inkişaf istiqamətlərini, qarşıda duran vəzifələri və partiyanın fəaliyyətinin prioritetlərini müəyyənləşdirən mühüm yol xəritəsidir.
Qeyd olunub ki, qurultayda səsləndirilən fikirlər və irəli sürülən vəzifələr hər bir partiya üzvünün üzərinə böyük məsuliyyət qoyur. YAP üzvləri dövlətçilik prinsiplərinə sadiqlik, milli maraqların qorunması, ölkəmizin inkişafına töhfə verilməsi və partiyanın nüfuzunun daha da artırılması istiqamətində fəaliyyətlərini davam etdirməlidirlər.
İclasda çıxış edən direktor müavini Fəqan Heydərov, təşkilatçı Fərhad Dədəyev və rus dili müəllimi Nuranə Dadaşova YAP-ın VIII Qurultayının əhəmiyyətindən, cənab Prezident İlham Əliyevin çıxışında qarşıya qoyulan vəzifələrdən və bu istiqamətdə partiya üzvlərinin üzərinə düşən məsuliyyətdən danışıblar.

Oxşar Xəbərlər

Back to top button