GündəmSosial

Bakı Biznes Universitetində müşavirə keçirilib

Oktyabrın 13-də “H.B.Zərdabi pr.88” ünvanı üzrə(Bakı Biznes Universiteti) ərazi partiya təşkilatındaAzərbaycan Respublikasının Prezidenti, YeniAzərbaycan Partiyasının sədri cənab İlham ƏliyevinYAP-ın VIII Qurultayındakı nitqindən irəli gələnməsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədriBəxtiyar Nəbiyev, Bakı Biznes Universitetinin rektoruİbad Abbasov, Yeni Azərbaycan Partiyası İdarəHeyətinin üzvü Əfsun Sucayev, YAP Yasamal rayontəşkilatının əməkdaşları, ərazi partiya təşkilatınınüzvləri və universitetin tələbələri iştirak ediblər.

Müşavirədən əvvəl Bakı Biznes Universitetinininzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevinbüstü ziyarət olunaraq gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yadedilib. Sonra 44 günlük Vətən müharibəsində şəhidolanların əziz xatirəsinə təşkil olunmuş guşə ziyarətolunub.

Müşavirə Azərbaycan xalqının Ümummilli LideriHeydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazibütövlüyü və suverenliyi uğrunda canından keçmişşəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yadedilməsi ilə başlayıb. Ardınca AzərbaycanRespublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən Bakı Biznes Universitetininrektoru İbad Abbasov tədbir iştirakçılarını və qonaqlarısalamlayaraq ali təhsil müəssisəsində keçirilən bugörüşün xüsusi önəm daşıdığını diqqətə çatdırıb. İ.Abbasov vurğulayıb ki, Yeni Azərbaycan PartiyasınınVIII Qurultayı ölkəmizin gələcək inkişaf strategiyasınımüəyyənləşdirən mühüm tarixi hadisədir. AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevinqurultaydakı dərin məzmunlu çıxışı elmi-pedaqojiheyət və gənc tələbələr üçün aydın fəaliyyətproqramıdır. Rektor qeyd edib ki, Bakı BiznesUniversiteti yalnız yüksək ixtisaslı iqtisadçı və biznesmütəxəssisləri hazırlamaqla kifayətlənmir, həm dəgənclərin vətənpərvərlik ruhiyyəsində, dövlətçilikprinsiplərinə sadiq ruhda tərbiyə olunmasına böyükönəm verir. Universitetin elmi heyəti və tələbə gəncləricənab Prezidentin rəhbərliyi ilə yürüdülən siyasətə hərzaman sadiqdir və partiya ideallarının təbliğində fəaliştirak edəcəklər.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədriBəxtiyar Nəbiyev Azərbaycan RespublikasınınPrezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənabİlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixinitqinin məzmunu, burada irəli sürülən mühüm ideolojiprinsiplər və ali təhsil müəssisələrinin qarşısında duranhədəflər barədə geniş məruzə ilə çıxış edib.

Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider HeydərƏliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasıyarandığı gündən ölkəmizin müstəqilliyininmöhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsivə iqtisadi tərəqqinin əsas hərəkətverici qüvvəsiolmuşdur. Ulu Öndərin zəngin idarəçilik irsini inamladavam etdirən cənab Prezident İlham Əliyevinrəhbərliyi ilə Azərbaycan Müzəffər Zəfərə imza ataraqərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Qazanılan bu böyük tarixi qələbələr partiyamızın uzunillər ərzində yürütdüyü uzaqgörən siyasi kursun vəxalq-iqtidar birliyinin sarsılmaz göstəricisidir.

B.Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul olunmuş qərarlar partiyastrukturlarının, xüsusən də ali təhsil ocaqlarındafəaliyyət göstərən ərazi partiya təşkilatlarınınfəaliyyətində keyfiyyətcə yeni mərhələ açıb. Postmüharibə dövrünün gətirdiyi yeni reallıqlarfonunda iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, innovativ biznes mühitinin formalaşması və insankapitalının inkişafı prioritet vəzifələrdəndir. Aliməktəblərdə təhsil alan gənclər ölkənin gələcək iqtisadivə siyasi elitasını təşkil edirlər. Bu baxımdan, gəncmütəxəssislərin yüksək ixtisasla yanaşı, güclü ideolojidünyagörüşünə, milli-mənəvi dəyərlərə və dövlətçiliktəfəkkürünə malik olması vacib şərtdir.

YAP Yasamal rayon təşkilatının sədri vurğulayıb ki, Bakı Biznes Universitetinin ərazi partiya təşkilatı gənctələbələrin partiya həyatına cəlb olunmasında, sosial-ictimai fəallığının artırılmasında və cənab Prezidentİlham Əliyevin ideyalarının təbliğində hər zaman öndəolmalıdır. YAP Yasamal rayon təşkilatı universitetingənc fəalları ilə sıx əməkdaşlığı bundan sonra dauğurla sürdürəcəkdir.

Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətininüzvü Əfsun Sucayev partyanın müasir inkişafdövründəki ideoloji prinsipləri, gənclərin elmi-intellektual potensiaının artırılması və YeniAzərbaycan Partiyasının VIII Qurultayının tarixiəhəmiyyəti barədə ətraflı məruzə edib.

Əfsun Sucayev bildirib ki, cənab Prezident İlhamƏliyevin rəhbərliyi ilə keçirilən VIII Qurultay YeniAzərbaycan Partiyasının təşkilati, ideoloji və strukturbaxımından yenilənməsi yolunda mühüm dönüşnöqtəsi oldu. Qurultayda qəbul edilən qərarlarpartiyanın gələcək fəaliyyət proqramını müəyyənetməklə yanaşı, gənc nəslin dövlət idarəçiliyində vəictimai-siyasi proseslərdə daha fəal təmsil olunmasınageniş imkanlar açdı. O vurğulayıb ki, bu günAzərbaycan yalnız hərbi və siyasi müstəvidə deyil, elmi, texnoloji və iqtisadi sahələrdə də böyük uğurlaraimza atır. Bu nailiyyətlərin davamlılığını təmin etməküçün ali məktəb tələbələrinin və gənc alimlərin üzərinəböyük məsuliyyət düşür.

Ə.Sucayev diqqətə çatdırıb ki, müasir gənclik ideolojicəhətdən yetkin olmalı, milli-mənəvi dəyərlərimizəsadiq qalmalı, informasiya mühitində dövlətmaraqlarımızı qətiyyətlə müdafiə etməlidir. O, BakıBiznes Universitetinin gənclərini müasir elmi biliklərəyiyələnməyə, innovativ layihələrdə fəal iştirak etməyəvə Yeni Azərbaycan Partiyasının sıralarında sıxbirləşərək ölkəmizin tərəqqisinə töhfə verməyə çağırıb.

Müşavirənin sonunda Yeni Azərbaycan PartiyasınınHimni səsləndirilib.

 

Oxşar Xəbərlər

Back to top button