AnalitikaGündəmSiyasət

Beynəlxalq Hüquq və Tarixi Ədalətin Bərpası

2020-ci ilin 27 sentyabrında başlayan əks-hücum əməliyyatı beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun olaraq həyata keçirildi. BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın kağız üzərində qalan 4 qətnaməsini Azərbaycan ordusu öz gücü ilə icra etdi. Bu, beynəlxalq ədalətin bərpa olunması idi.

İşğalçı Ermənistanın illərlə yürütdüyü təcavüzkar siyasət regionun inkişafına və təhlükəsizliyinə böyük təhdid törədirdi. Azərbaycan öz torpaqlarını azad etməklə regiona sülh və sabitlik gətirdi. Beynəlxalq ictimaiyyət ölkəmizin öz ərazi bütövlüyünü bərpa etmək hüququnu qəbul etmək məcburiyyətində qaldı.

44 günlük müharibə göstərdi ki, ədalət gec-tez zəfər çalır. Azərbaycan diplomatiyası və hərbi gücü birgə fəaliyyət göstərərək düşmənin saxta təbliğatını darmadağın etdi. Ali Baş Komandanın xarici mediaya verdiyi müsahibələr bəşəriyyətə həqiqətləri çatdırdı.

Anım Günündə biz həm də beynəlxalq hüququ zəfərlə taclandıran hərbçilərimizlə fəxr edirik. Onlar yalnız torpaqlarımızı azad etmədilər, həm də dövlətimizin nüfuzunu zirvələrə qaldırdılar. Şəhidlərimizin xidmətləri əbədi olaraq tarixdə qalacaq.

Eyyub Cumayev, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button