
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neftsektorunun inkişafı istiqamətində son illərdə həyata keçiriləntədbirlər sənayenin strukturunda yeni imkanlarınformalaşmasına şərait yaradıb. Bu prosesdə təbii ehtiyatlarıniqtisadi dövriyyəyə cəlb edilməsi ilə yanaşı, onların daha yüksəkəlavə dəyər yaradan məhsullara çevrilməsi də xüsusi əhəmiyyətdaşıyır. Məhz bu baxımdan “Azərbaycan Respublikasında2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) vəmetallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nahəsr olunmuş müşavirə qarşıdakı dövr üçün bu sahədə görüləcəkişlərin istiqamətlərinin müzakirəsi baxımından diqqət çəkir.
Dağ-mədən və metallurgiya sənayesi yalnız xammal hasilatı iləməhdudlaşan sahə deyil. Bu sektor mədənlərinaraşdırılmasından filizlərin çıxarılmasına, emalından metal istehsalına qədər bir-biri ilə bağlı çoxsaylı mərhələləri özündəbirləşdirir. Buna görə də sahənin inkişafına bütöv istehsalzənciri prizmasından yanaşılması iqtisadi baxımdan daha genişnəticələr yarada bilər. Azərbaycanın mineral-xammalpotensialından daha səmərəli istifadə məsələsi son illərdə sənayesiyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Burada əsasməsələ yalnız hasilat həcmlərinin artırılması deyil. Filizin emalı, zənginləşdirilməsi və mümkün qədər daha yüksək əlavə dəyəryaradan məhsula çevrilməsi iqtisadi səmərəliliyin artırılmasıbaxımından xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma ölkəninidxaldan asılılığının müəyyən istiqamətlər üzrə azaldılması, yerliistehsal imkanlarının genişləndirilməsi və sənaye müəssisələriarasında əlaqələrin gücləndirilməsi üçün də yeni imkanlaryarada bilər.
Metallurgiya sənayesinin inkişafı digər istehsal sahələri ilə dəbirbaşa əlaqəlidir. Tikinti, maşınqayırma, energetika, nəqliyyat, müdafiə sənayesi və digər istiqamətlərdə metal məhsullarınaolan tələbatın müəyyən hissəsinin daxili istehsal hesabınaödənilməsi iqtisadiyyat daxilində yaranan dəyərin artmasınaşərait yaradır/ Bu səbəbdən dağ-mədən sektoruna yalnız hasilatsahəsi kimi deyil, geniş sənaye zəncirinin başlanğıc mərhələsikimi baxılması vacibdir. Sahənin qarşısında duran əsasməsələlərdən biri də texnoloji yenilənmədir. Müasirmədənçilikdə rəqəmsal monitorinq sistemləri, geolojiməlumatların emalı, avtomatlaşdırılmış avadanlıqlar, resurslarındaha dəqiq qiymətləndirilməsi və istehsal proseslərininoptimallaşdırılması həm məhsuldarlığa, həm də təhlükəsizlikgöstəricilərinə təsir göstərir. Metallurgiyada isə enerjisəmərəliliyi, istehsal proseslərinin avtomatlaşdırılması, yeni emal texnologiyalarının tətbiqi və məhsul çeşidiningenişləndirilməsi rəqabət qabiliyyətinin əsas elementlərindəndir.
2027–2030-cu illər üçün nəzərdə tutulan Dövlət Proqramının da bu baxımdan yalnız yeni istehsal güclərinin yaradılması ilədeyil, mövcud potensialın daha səmərəli istifadəsi və texnolojiimkanların genişləndirilməsi ilə əlaqələndirilməsi sənayeninuzunmüddətli inkişafına xidmət edə bilər. Dağ-mədən vəmetallurgiya sənayesinin inkişafı həm dövlət, həm də özəl sektorüçün uzunmüddətli investisiya imkanları yaradanistiqamətlərdəndir. Bu sahədə layihələrin reallaşdırılması böyükmaliyyə resursları, texnoloji həllər, ixtisaslı kadrlar vəuzunmüddətli planlaşdırma tələb edir. İnvestisiya mühitininəlverişli olması, layihələrin şəffaf və aydın çərçivədə həyatakeçirilməsi, yerli və xarici şirkətlərin əməkdaşlıq imkanlarınıngenişləndirilməsi sənayenin inkişaf tempinə təsir göstərə biləcəkamillərdəndir.
Bununla yanaşı, yerli müəssisələrin istehsal zəncirinə daha fəalcəlb olunması da vacib istiqamətdir. Mədənçilik və metallurgiyaətrafında formalaşan xidmət, logistika, avadanlıq, texniki servisvə digər sahələrdə yeni biznes imkanlarının yaranması iqtisadiaktivliyi genişləndirə bilər. Sənayenin texnoloji səviyyəsininyüksəlməsi kadr hazırlığı məsələsini də ön plana çıxarır. Müasirmədən və metallurgiya müəssisələrində ənənəvi peşələrlə yanaşı, avtomatlaşdırma, rəqəmsal texnologiyalar, geologiya, mühəndislik, texniki idarəetmə və sənaye təhlükəsizliyi üzrəixtisaslı mütəxəssislərə ehtiyac artır. Bu baxımdan ali və peşətəhsili müəssisələri ilə sənaye müəssisələri arasındaəməkdaşlığın genişləndirilməsi, tələbələrin real istehsalmühitində təcrübə imkanlarının artırılması və yeni ixtisaslarınəmək bazarının tələblərinə uyğunlaşdırılması gələcək nəticələrbaxımından əhəmiyyətlidir.
Sənaye siyasətinin nəticəsi yalnız istehsal göstəriciləri iləölçülmür. Yeni iş yerlərinin yaradılması, peşəkar kadrlarınyetişdirilməsi, regionlarda iqtisadi fəallığın artması və yerlisahibkarlığın inkişafı da bu prosesin mühüm nəticələrindən ola bilər. Dağ-mədən fəaliyyətinin genişlənməsi ətraf mühitinqorunması məsələsini də xüsusi diqqət tələb edən istiqamətəçevirir. Müasir mədənçilikdə resurslardan səmərəli istifadə, tullantıların idarə olunması, su və enerji resurslarının qorunması, istehsal ərazilərinin rekultivasiyası və ekoloji monitorinqmexanizmləri mühüm yer tutur. Yeni layihələrin planlaşdırılmasızamanı iqtisadi səmərəliliklə yanaşı, ekoloji təhlükəsizlikmeyarlarının da nəzərə alınması uzunmüddətli inkişaf üçünvacib şərtdir. Bu yanaşma sənaye istehsalının genişləndirilməsiilə təbii ehtiyatların qorunması arasında daha balanslımünasibətin formalaşdırılmasına imkan verir. Dağ-mədənlayihələrinin əhəmiyyətli hissəsi regionlarla bağlı olduğundan, bu sahənin inkişafının regional iqtisadi proseslərə təsiri də ayrıcaqeyd edilməlidir. Yeni istehsal müəssisələrinin yaradılmasıhəmin ərazilərdə xidmət sektorunun, logistikanın, tikintinin vədigər əlaqəli fəaliyyətlərin genişlənməsinə stimul verə bilər.Yerli əhalinin məşğulluğunun artırılması, regionlarda peşəhazırlığı imkanlarının genişləndirilməsi və yerli sahibkarlarıntəchizat zəncirinə cəlb edilməsi belə layihələrin sosial-iqtisaditəsirini daha da genişləndirə bilər. Bu baxımdan DövlətProqramının qarşıdakı illərdə yalnız konkret sənayegöstəricilərinə deyil, həmin istehsalın ətrafında yaranacaqiqtisadi ekosistemə də təsir göstərməsi gözlənilir.
2027–2030-cu illər dağ-mədən və metallurgiya sənayesi üçünyeni yanaşmaların praktik müstəviyə keçirildiyi mərhələ kimixarakterizə oluna bilər. Burada əsas məsələ mövcud resurslarınhasilatı ilə kifayətlənmədən, onların emal imkanlarınıngenişləndirilməsi, istehsal zəncirinin dərinləşdirilməsi, texnologiyaların yenilənməsi və sənayenin digər sahələrləəlaqələrinin gücləndirilməsidir. Azərbaycanın sənayesiyasətində son illərdə formalaşan yanaşma iqtisadiyyatın dahaçox sahə üzrə dayanıqlı istehsal imkanlarına malik olmasınınəzərdə tutur. Dağ-mədən və metallurgiya sənayesi də buprosesin mühüm istiqamətlərindən biridir. Dövlət Proqramıçərçivəsində müəyyənləşdiriləcək konkret tədbirlərin ardıcılhəyata keçirilməsi nəticəsində hasilat və emal imkanlarınıngenişləndirilməsi, yeni investisiya layihələrinin təşviqi, müasirtexnologiyaların tətbiqi, ixtisaslı kadr potensialının artırılması vəyerli istehsal zəncirinin gücləndirilməsi üçün yeni imkanlarınyaranması mümkündür.
Nəticə etibarilə, dağ-mədən və metallurgiya sənayesinininkişafına dair 2027–2030-cu illər üçün müəyyənləşdirilənyanaşma təkcə ayrı-ayrı müəssisələrin fəaliyyətiningenişləndirilməsi məsələsi deyil. Söhbət təbii resurslardanbaşlayaraq emal, istehsal, texnologiya, insan kapitalı və regional iqtisadi fəallığı əhatə edən daha geniş sənaye sistemininformalaşdırılmasından gedir. Bu istiqamətdə atılacaq addımlarınəsas göstəricisi isə hasil olunan xammalın həcmi ilə yanaşı, həmin resursların ölkə daxilində nə qədər əlavə dəyər yaratması, hansı yeni istehsal sahələrinə imkan açması və iqtisadiyyatındigər sektorları ilə nə dərəcədə səmərəli əlaqələndirilməsiolacaq.
Nərminə Qədirova,
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi



