AnalitikaGündəmSiyasət

Dilimizi Qorumaq — Vətəni Qorumaqdır

Dil yaşamırsa, xalq da yaşamaz.” — Bu həqiqət hər birazərbaycanlının qəlbində müqəddəs bir işıq kimi yanır, kimliyimizi ruhumuzu ayaqda tutur.

Ana diliananın körpəsinə pıçıldadığı ilk layladan başlayan, babalarımızın daşlara həkk etdiyi dastanlardan süzülüb gələnruh dünyamızdır. Füzulinin qəzəllərində incələşən, Şah İsmayılXətayinin qılıncında qələmində dövlət dilinə çevrilən, Bəxtiyar Vahabzadənin misralarında kükrəyən Azərbaycan dilixalqımızın ən böyük xəzinəsidir. Lakin bu xəzinənin tarixinkeşməkeşli fırtınalarından qorunub bu günümüzə çatması, müstəqil dövlətin rəsmi dili kimi ucalması böyük siyasi iradənin milli təəssübkeşliyin nəticəsidir.

Əlifba yalnız hərflər yığını deyil, dilin ruhunu, tələffüzünü estetikasını əks etdirən libasdır. Xalqımız əsrlər boyu əlifbadəyişiklikləri ilə sınağa çəkilsə , ana dilinin ahəngini saflığını qorumağı bacarmışdır. Hələ Sovet rejiminin sərtqadağalarının hökm sürdüyü 1970-ci illərdə Ümummilli LiderHeydər Əliyevin böyük cəsarət göstərərək Azərbaycan diliniKonstitusiyaya dövlət dili kimi daxil etməsi milli intibahımızınbünövrəsini qoydu.

Müstəqilliyimizin ilk illərində latın qrafikalı əlifbaya keçiddəyaranan çaşqınlığa, son qoymaq da məhz Ulu Öndərin qətiyyətiilə mümkün oldu. 2001-ci ildə imzalanan tarixi fərmanlarla latınqrafikasına tam keçid sağlandı 1 AvqustAzərbaycanƏlifbası Azərbaycan Dili Günü kimi təqvimimizə, mənəviyyatımıza həkk olundu. Məhz Heydər Əliyevuzaqgörənliyi ilə ana dilimiz öz həqiqi sahibinəmüstəqilAzərbaycan dövlətinə tam inteqrasiya etdi.

Bu müqəddəs irsi eyni sevgi qətiyyətlə yaşadan Müzəffər AliBaş Komandan, Prezident İlham Əliyev ana dilimizin saflığını, zənginliyini rəqəmsal dünyadakı mövqeyini daim diqqətmərkəzində saxladı. Cənab Prezidentin dilimizin inkişafına, klassiklərimizin latın qrafikası ilə nəşrinə dair verdiyisərəncamlar ana dilimizə göstərilən ali dövlət qayğısının bariznümunəsidir.

Lakin ən böyük dil Zəfəri Qarabağda qazanıldı! Bu gün 44 günlük Vətən müharibəsində lokal antiterror tədbirlərindəqazanılan Tarixi Zəfərdən sonra Azərbaycan dili azad olunmuştorpaqlarımızdaŞuşada, Xankəndidə, Laçında, Xocalıdayenidən ucalır. Zəfər qazanmış, suverenliyini tam bərpa etmişməğrur xalqın dili bu gün Qarabağ səmasında daha əzəmətli, daha qürurla səslənir!

Dövlətimizin dilimizə göstərdiyi bu ali qayğı hər birimizinüzərinə mənəvi bir məsuliyyət qoyur. Dili yaşatmaq yalnızrəsmi qərarlarla bitmir. Hər birimiz gündəlik hayatımızda:Sözlərimizi yad ünsürlərlə çirkləndirməməli, ədəbi dilin qayda-qanunlarına, səlisliyinə riayət etməli, gənc nəslə ana diliningözəlliyini zənginliyini sevdirməliyik.

1 Avqust Azərbaycan Əlifbası Azərbaycan Dili Günübayramınız mübarək olsun! Binəyi qədim ana dilimizin şirinliyi qüdrəti nəsillərdən-nəsillərə ötürülərək əbədi yaşasın!

Fuad Həbibzadə,
YAP Yasamal rayon təşkilatının məsləhətçisi

 

Oxşar Xəbərlər

Back to top button