
Hər bir xalqın varlığını, milli təfəkkürünü və tarixi yaddaşınıyaşadan, onu dünya xalqları arasında unikal edən əsashərəkətverici qüvvə onun ana dilidir. Azərbaycan dili xalqımızınəsrlər boyu formalaşmış mənəvi sərvəti, mədəni irsi və müstəqildövlətçilik ənənələrimizin ən parlaq simvollarından biridir. Hərilin 1 Avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası vəAzərbaycan Dili Günü kimi təntənəli və rəsmi şəkildə qeydolunur. Bu gün yalnız bir təqvim tarixi deyil, dilimizin keçdiyikəşməkəşli, lakin şərəfli yola baxış, milli kimliyimizə vədövlətçilik rəmzlərimizə göstərilən ali ehtiramın təcəssümüdür.
Azərbaycan dili əsrlər ərzində mürəkkəb və zəngin inkişaf yolukeçmişdir. Xüsusilə XX əsrdə xalqımız bir neçə dəfə əlifbadəyişikliyi kimi mühüm və ağrılı siyasi-mədəni proseslərlə üz-üzə qalmışdır. Əsr boyunca ərəb, latın və kiril qrafikalarındanistifadə olunsa da, xalqımızın ana dilinə olan sevgisi, onunözünəməxsus ahəngini və saflığını qorumaq iradəsi heç vaxtzəifləməmişdir.
1929-cu ildə ərəb qrafikasından latın əlifbasına keçid baş tutsada, 1939-cu ildə Sovet rejiminin siyasi təzyiqləri altındaölkəmizdə kiril qrafikası məcburi tətbiq olundu. Bu addımxalqımızın digər türk xalqları və dünya mədəniyyəti iləəlaqələrini kəsməyə yönəlsə də, Azərbaycan ziyalıları və xalqıöz dilinin ruhunu yaşatmağı bacardı.
1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra latınqrafikalı Azərbaycan əlifbasına keçid rəsmən təsbit olundu. Lakin həmin dövrdəki siyasi hərc-mənclik, hüquqi bazanınzəifliyi və icra mexanizmlərinin yoxluğu səbəbindən ölkədəparalellik yaranmışdı: dövlət müəssisələrində və mətbuatda həmkiril, həm də latın qrafikasından qarışıq şəkildə istifadəolunurdu.
Milli əlifba müstəqilliyimizin bərpasından sonra qəbul edilsə də, bu tarixi qərarın tam, qəti və dönməz şəkildə həyata keçirilməsiÜmummilli Lider Heydər Əliyevin siyasi iradəsi və cəsarəti iləbağlıdır. Ulu Öndər ana dilimizin qorunmasını və inkişafını hərzaman dövlət siyasətinin prioritet, strateji istiqaməti hesabedirdi.
1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən MüstəqilAzərbaycan Respublikasının Konstitusiyasında Azərbaycandilinin dövlət dili statusu bir daha möhkəmləndirildi. Məhz UluÖndərin imzaladığı “Dövlət dilinin tətbiqi işinintəkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanılatın qrafikalı əlifbaya tam keçidi təmin edən həlledici sənədoldu. Bu Fərmanla ölkə ərazisində bütün rəsmi kargüzarlıq, mətbuat və təhsil sisteminin istisnasız olaraq latın qrafikasınakeçməsi tələbi qoyuldu.
Daha sonra, 2001-ci il 9 avqust tarixli Fərmana əsasən, 1 Avqust– Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsisolundu. Bu addım milli dil siyasətində dönüş nöqtəsi oldu, dilimizə dövlət səviyyəsində verilən ali dəyərin bariznümunəsinə çevrildi və cəmiyyətdə ana dilinə olan cavabdehlikhissini daha da artırdı.
Bu gün Ulu Öndərin ana dili siyasəti Prezident İlham Əliyevtərəfindən uğurla və ardıcıllıqla davam etdirilir. Ölkə başçısının“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyatakeçirilməsi haqqında” Fərmanları sayəsində milli və dünyaədəbiyyatının inciləri latın qrafikasında təkrar nəşr olunaraqgənc nəsillərə qazandırılmışdır. Mərkəzi və yerli icrahakimiyyəti orqanlarında, media məkanında, küçə adları vəreklam lövhələrində ədəbi dilin normativlərinə riayət olunması, dilin saflığının qorunması məsələləri daim dövlətin diqqətmərkəzindədir.
Qloballaşma və rəqəmsallaşma əsrində Azərbaycan dilinininternet resurslarında doğru təmsil olunması, rəqəmsal lüğətlərinvə süni intellekt modellərinin ana dilimizdə inkişaf etdirilməsiqarşıda duran əsas hədəflərdəndir. Dilimizin beynəlxalqmüstəvidə, diplomatik platformalarda və akademik dairələrdənüfuzunun artırılması istiqamətində ardıcıl layihələr icra olunur.
44 günlük Vətən müharibəsində qazanılan Tarixi Zəfər vəsuverenliyimizin tam bərpasından sonra Azərbaycan dili bu günbütün ölkə ərazisində — Xankəndidə, Şuşada, Laçında və azadolunmuş bütün torpaqlarımızda məğrur şəkildə səslənir.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüyalnız keçmişə nəzər salmaq günü deyil. Bu gün hər birvətəndaşın, ziyalının və gəncin üzərinə öz doğma dilini saflığıilə qorumaq, onu müasir elm və texnologiya dili kimi inkişafetdirmək borcunu qoyur. Ana dilimiz — milli varlığımızın vəəbədi müstəqilliyimizin zəmanətçisidir.
Aytəkin Əhmədova ,
YAP Yasamal rayon təşkilatının məsləhətçisi



