1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kiçik ürəklər, böyük arzular” mövzusunda tədbir keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və “Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Kiçik ürəklər, böyük arzular” mövzusunda tədbir keçirilib.
Tədbir sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin eṣitmə və nitq məhdudiyyətli ṣagirdlərinin ifasında – Jest dilində Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, “Azərsun Holdinq”in İnzibati təsərrüfat departamentinin şöbə müdiri Könül Bəkirova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları qeyd ediblər ki, Azərbaycanda ailə və uşaq siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan bir çox beynəlxalq konvensiyalara qoşulub, uşaqların sosial rifahı və təhlükəsizliyi, eləcə də hüquqlarının müdafiəsi sahəsində çox saylı qanun və qərarlar qəbul edilib. Bu gün eyni zamanda Azərbaycan xalqı Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın uşaqlara qayğısının və diqqətinin əyani şahididir. Onların uşaqlarla görüşü, qayğıları və problemləri ilə maraqlanması, müxtəlif tədbirlər keçirməsi gələcəyimiz olan balacaların kiçik ürəklərindəki böyük arzuları reallığa çevirir.
Sonra 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin, 3 saylı xüsusi təhsil məktəbinin kollektivləri, Heydər Əliyev Fondunun dəstəyi ilə fəaliyyət göstərən “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Mərkəzinin “Mavi Ürəklər” inklüziv musiqi qrupu, “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Qayğı Reabilitasiya Mərkəzinin təmsilçiləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin “Günəş uşaqları” müxtəlif rəqs və musiqi nömrələri ilə çıxış edib, şeirlər səsləndiriblər.
Sonra bayram tortu kəsilib, uşaqlara hədiyyələr verilib.



