
Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və “Astoria” Bakı fitnes və SPA mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə üzgüçülük yarışı keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, yarışa Bakı şəhəri üzrə 100-dən artıq nüxtəlif yaş kateqroiayalarında həvəskar idmançılar qatılıb. Yarışçılar arasında əlilliyi olan şəxslər də olub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan yarışın açılış mərasimində Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev, YAP Nizami rayon təşkilatının “Babək prospekti 65b” ərazi partiya təşkilatının sədri Azər Bağırzadə ölkəmizdə idmana olan dövlət qayğısından söz açıb, yarışçılara uğurlar arzu ediblər.
Sonra yarışa start verilib, yaş qrupuna və kateqoriyaya uyğun yarışçılar üzgüçülük məharətlərini göstəriblər. Yarış kürəküstü və sinəüstü klassik üzmə stili üzrə baş tutub.
Yekunda mükafatlandırma mərasimi olub, qaliblərə diplomlar və medallar təqdim edilib.


















