
ƏsasXəbər xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan qadınlarının parlaq lideri ölkədə və dünyada hər kəsin hörmət və sevgisini qazanmış Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın timsalında hamisi olan qadınlarımız onun açdığı yolla ictimai-sosial, mədəni-mənəvi sahələrdə ölkəmizin inkişafına töhfələr verməkdə davam edirlər. Onun Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işlərinə, ümumilikdə ölkəmizin hərtərəfli tərəqqisinə verdiyi töhfələr, bütün Azərbaycan qadınlarına, xalqa, dövlətə xidmət, ailəsinə sonsuz bağlılıq, sevgi və sədaqət hisslərindən qaynaqlandığını təlqin edir.
Natiqlər 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib və bu əlamətdar günün qadınlarımızın dövlət və cəmiyyət həyatındakı rolunu, ailədəki əvəzsiz zəhmətini və fədakarlığını vurğulamaq üçün bir fürsət olduğunu qeyd ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova, Milli Məclisin deputatı Rasim Musabəyov, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Vətən müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, gənclər adından rayon təşkilatının könüllüsü Aytac Şahverənli və başqaları əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin davam etdirdiyi dövlət qadın siyasətinin nəticələrindən bəhs ediblər. Qeyd edilib ki, Azərbaycanda qadınların çalışdıqları hər sahədə uğur qazanmaları üçün bütün şərait yaradılıb.




































