Siyasət

Ceyhun Bayramov litvalı həmkarını Ermənistanla sülh səyləri barədə məlumatlandırıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vətən müharibəsindən sonrakı dövr və Ermənistanla sülh səyləri barədə litvalı həmkarı Qabrielyus Landsberqisi məlumatlandırıb.

www.aktualinfo.az/icxeberinfo  “Report”a istinadən xəbər verir ki, C.Bayramov bu barədə tviterdə paylaşım edib.

Paylaşımda qeyd edilib ki, nazirlər arasında görüş Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində baş tutub.

Tərəflərin həmçinin ikitərəfli əməkdaşlığı və qarşılıqlı əlaqələrin perspektivini müzakirə etdikləri bildirilib.

Oxşar Xəbərlər

Back to top button